“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İnflyasiya azaldı, dollar ucuzlaşdı(®) InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Ötən həftənin son ticarət günündə Amerikada oktyabrda gözləniləndən daha çox yavaşlayan inflyasiyanın ABŞ Federal Ehtiyatlar Sisteminin gələcək faiz artımlarının həcmini azalda biləcəyinə dair ümidləri artırması fonunda dollar dünya birjalarında kəskin ucuzlaşdı. Hazırda 106 bənd hədlərində dalğalanan dollar indeksi 108 bən həddinin altında qaldıqca, eniş tendensiyası daha da dərinləşə bilər.
Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Bu həftə Avrozonada açıqlanacaq ÜDM və İnflyasiya göstəriciləri də EURUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftə ABŞ-da dərc olunan inflyasiya göstəricilərindəki pozitiv məqamlarla yanaşı, İngiltərədə iqtisadi inkişaf səviyyəsinin artması GBPUSD cütlüyünün kəskin ucuzlaşmasına səbəb oldu.
Bu həftə isə İngiltərədə açıqlanacaq İnflyasiya göstəriciləri və əmək bazarına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.Dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.21$-a kimi bahalaşa bilər.
TRY
Artıq 6 həftədir ki, üfüqi tendensiya sərgiləyən USDTRY məzənnəsi 18.60TL həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19TL-yə kimi ucuzlaşa bilər.
GOLD
Dollar indeksinin kəskin ucuzlaşması fonunda qızıl yenidən 1773$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq 1755$ həddinə kimi gerilədi. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1784$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















