Azərbaycanda 5-ci böyük bankın vəziyyəti məlum oldu
"Bank Respublika"nın kredit və depozit portfelləri 1 milyard manata yaxınlaşıb.Aktivlərinin məbləğinə görə 5-ci böyük bank olan "Bank Respublika" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank Respublika" 2022-ci ili 26 milyon 652 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 19 milyon 523 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 36,5% və ya 7 milyon 129 min manat artıb. Xalis mənfəətin artması əsasən gəlirlərin artmasından, eyni zamanda mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olan vəsaitdən qaynaqlanır.
2022-ci ildə "Bank Respublika"nın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 177 milyon 822 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 56,1% və ya 63 milyon 953 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 113 milyon 869 min manat təşkil etmişdi.
2022-ci ildə "Bank Respublika"nın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 144 milyon 542 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 44,9% və ya 44 milyon 763 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 99 milyon 779 min manat təşkil etmişdi.
Ötən il "Bank Respublika"nın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən əməliyyat mənfəəti 33 milyon 280 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 14 milyon 90 min manat təşkil etmişdi. Beləliklə, "Bank Respulika"nın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2,4 dəfə və ya 19 milyon 190 min manat artıb.
2022-ci ildə "Bank Respublika" mümkün zərərlər üçün yaradılan ehtiyatlara vəsait ayırmayıb, əksinə ehtiyatdan azad olmuş 2 milyon 781 min manat mənfəətə əlavə edilib. 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 6 milyon 418 min manat azad olmuşdu.
"Bank Respublika" ASC mənfəət vergisindən əvvəlki 36 milyon 62 min manat mənfəətindən 9 milyon 410 min manat mənfəət vergisi ödəyib və ötən ili 26 milyon 652 min manat xalis mənfəət ilə bağlayıb. 2021-ci ildə "Bank Respublika" 20 milyon 507 min manat mənfəətindən 984 min manat mənfəət vergisi ödəmiş və ili 9 milyon 523 min manat xalis mənfəət ilə başa vurmuşdu.
"Bank Respublika"nın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 28,6% və ya 352 milyon 490 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 1 milyard 584 milyon 857 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 1 milyard 232 milyon 367 min manat cəm aktivlərə malik idi.
"Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 33,7% və ya 242 milyon 620 manat artaraq 31 dekabr 2022-ci il tarixində 962 milyon 560 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 719 milyon 940 min manata çatmışdı.
Ötən il "Bank Respublika"nın istehlak kreditləri portfeli 86 milyon 890 min manat artaraq 227 milyon 600 min manata, biznes kreditləri portfeli 141 milyon 168 min manat artaraq 658 milyon 116 min manata, ipoteka kreditləri portfeli 14 milyon 599 min manat artaraq 76 milyon 604 min manata yüksəlib.
"Bank Respublika"nın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 20,5% və ya 164 milyon 328 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 965 milyon 893 manat təşkil edib. Bank 2021-ci ilin sonunda 801 milyon 565 min manat cəmi depozitlərə malik idi.
Ötən il "Bank Respublika"da fiziki şəxslərin depozitləri 150 milyon 553 min manat aratarq 558 milyon 963 min manata, hüquqi şəxslərin depozitləri isə 13 milyon 776 min manat aratraq 406 milyon 930 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində "Bank Respublika" 127 milyon 468 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 104 milyon 484 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 28 d. əvvəl
-
57 d. əvvəl
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
-
1 saat əvvəl
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
-
1 saat əvvəl
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
-
1 saat əvvəl
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
-
2 saat əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
Ən çox oxunanlar
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
Nobel Sülh mükafatının laureatı məlum olub
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı





















