Əliyev Berdiməhəmmədov ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Türkmənistan Prezidenti Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə aktiv şəkildə fəaliyyət göstərdiyini vurğuladı və bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd etdi. O, həmçinin pandemiyaya qarşı mübarizəyə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi diqqətin yetirildiyini vurğuladı.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirakına görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirdi, bu Zirvə görüşü əsnasında ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkanların da olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanın Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirdiyini qeyd etdi, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaqda olduğunu qeyd etdi. Ölkəmizin Hərəkatın beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın bu xüsusda bir sıra təşəbbüslərlə çıxış etdiyini dedi. Eyni zamanda, diqqətə çatdırdı ki, bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır.
Ölkələrimiz arasında mövcud olan çox sıx siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanla Türkmənistanın enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malik olduqlarını qeyd etdi.
Dövlətimizin başçısı əlavə etdi ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
54 d. əvvəl
Chery rəhbərindən xəbərdarlıq: “Çinin avtomobil istehsalçılarının təxminən 90 faizi zərərlə işləyir”
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
- 3 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Neft bazarı üçün mühüm qərar
Rəsmi məzənnələr açıqlandı
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
Qızılın qiyməti bir ilin minimum səviyyəsindən cüzi yüksəlib – Qızıl bazarında 18 ilin ən pis oktyabr ayı
Noyabrın 2-də gözlənilən hava şəraiti
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib























