Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PAŞA Bank 6 aylıq maliyyə nəticələrini açıqladı - 50 MİLYONDAN ÇOX XALİS MƏNFƏƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank 6 aylıq maliyyə nəticələrini açıqladı - 50 MİLYONDAN ÇOX XALİS MƏNFƏƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank 30 iyun 2016-cı il tarixinə bitən 6 ay üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb.

 

“Marja” xəbər verir ki, tədbirdə əsas spiker qismində Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva çıxış edib.

 

SƏHMDARLARINA 60 MİLYON MANATA YAXIN DİVİDENT ÖDƏYİB

 

Xəyalə Nağıyeva bildirib ki, PAŞA Bank 476 milyon 854 min AZN təşkil edən məcmu kapitalına görə ən iri kommersiya bankı mövqeyini qoruyub saxlamışdır. Eyni zamanda bank 2017-ci ilin ilk 6 ayı ərzində 58 milyon 636 min AZN dividend ödəmişdir.

 

50 MİLYONDAN ÇOX XALİS MƏNFƏƏT

 

Hesabata əsasən Xəyalə Nağıyeva qeyd edib ki,  Bank keçən ilin ilk 6 ayı ilə müqayisədə xalis mənfəətini iki dəfə artırmışdır. Bankın xalis mənfəəti 30 İyun 2017-ci il tarixinə bitən 6 ay üzrə 50 milyon 324 min AZN olmuşdur. Bu məbləğ keçən ilin ilk 6 ayı üçün 24 milyon 416 min AZN təşkil etmişdi.. 30 İyun 2017-ci il tarixinə faiz gəlirləri 132 milyon 453 min AZN səviyyəsinə çatmışdır. 30 İyun 2016-cı il tarixinə bu məbləğ 65 milyon 372 min AZN olmuşdur.

 

GƏLİRİN 31%-İ QEYRİ-FAİZ GƏLİRİDİR

 

Qeyri-faiz gəlirləri 30 iyun 2017-ci il tarixinə 33 milyon 805 min AZN təşkil etmişdir ki, bu da ümumi əməliyyat gəlirlərində 31% pay deməkdir. Bankın ümumi əməliyyat gəlirləri keçən illə müqayisədə 25% artaraq 107 milyon 753 min AZN səviyyəsinə çatmışdır. Qeyri-faiz gəlirlərinin əsas hissəsini dilinq əməliyyatlarından gəlir təşkil edir – 26 milyon 523 min AZN və ya 78%.

 

“Bu o deməkdir ki, dilinqdən gəlirlərin ümumi əməliyyat gəlirlərdəki payı 24%-dir. Xalis haqq və komissiya gəlirləri 5 çmilyon 37 min AZN təşkil edir ki, bu da qeyri-faiz gəlirlərinin 15%-i, ümumi əməliyyat gəlirlərinin isə 5%-i deməkdir”.

 

30 iyun 2017-ci il tarixində bitən 6 ay üzrə Bankın ümumi əməliyyat xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 42 milyon 629 min AZN təşkil etmişdir. 30 iyun 2017-ci il tarixində bitən 6 ay üçün xərcin gəlirə nisbəti əmsalı 40%-dək enmişdir. 2016-cı ilin eyni dövrü üçün həmin məbləğ müvafiq olaraq 45% təşkil etmişdir.

 

“PAŞA Bank hazırda xərclərin hesablanması metodologiyasını tətbiq edir. Bu təşəbbüs məhsul və seqmentlərin təhlili üçün daha dəqiq məlumat əldə etməyə imkan verəcək. Bu da öz növbəsində qiymətlərin formalaşması mexanizminə öz müsbət töhfəsini verəcək”,- Xəyalə Nağıyeva bildirib.

 

Bankın Baş maliyyə inzibatçısı qeyd edib ki, öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olmuşdur. 30 iyun 2017-ci il tarixinə PAŞA Bankın məcmu aktivləri 3 milyard 614 milyon  19 min AZN təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq tarixində qeydə alınmış 3 milyard 289 milyon 845 min AZN ilə müqayisədə 10% artım deməkdir.

 

30 iyun 2017-ci il tarixinə Bankın aktivləri aşağıdakılardan ibarətdir:

 

-Pul vəsaitləri və onların ekvivalentləri – 40.2%

-Müştərilərə verilmiş kreditlər – 32.9%

-Kredit təşkilatlarından alınacaq məbləğlər – 18.5%

-İnvestisiya qiymətli kağızları – 4.6%

-Digər aktivlər – 3.7%

 

Bankın məcmu kreditləri 30 iyun 2017-ci il tarixinə 1 milyard 259 milyon 945 min AZN məbləğinə çatmışdır. Bu 2016-cı ilin sonu ilə müqayisədə 8% artım deməkdir.

 

30 iyun 2017-ci il tarixinə kredit portfelinin effketiv ehtiyat dərəcəsi 5.5% olmuşdur. Bu faiz dərəcəsi 31 dekabr 2016-cı il tarixinə olan 5.3% göstərici ilə müqayisədə stabil qalmışdır. Kredit portfelinin keyfiyyəti Bankın əsas hədəflərindən biridir və ciddi nəzarət altındadır. PAŞA Bankın olduqca əhatəli kreditvermə və risk qiymətləndirmə prosesi var. O cümlədən, bu proses Bankın kredit risk mütəxəssisləri tərəfindən mütəmadi olaraq təkmilləşdirilir. Bütün bu prosedurlar ehtiyat məbləğində ciddi dəyişiklik və gözlənilməz nəticələrin qarşısını alır və məqbul proqnozların verilməsinə şərait yaradır.

 

MÜŞTƏRİ HESABLARINDAKI VƏSAİT ARTIB

 

PAŞA Bank illər ərzində formalaşdırdığı münasibətlərə və xidmətlərinin keyfiyyətinə əsaslanan müştəri bazasını artırmaqda davam edir. 30 iyun 2017-ci il tarixinə müştəri hesabları ilin sonu ilə müqayisədə 15% artaraq 2 milyard 702 milyon 754 min AZN səviyyəsinə çatmışdır. Nəticədə, məcmu kreditlərin müştəri hesablarına nisbəti əmsalı 2016-cı ilin sonunda müşahidə olunan 50% göstərici  ilə müqayisədə azalaraq 47% olmuşdur.

 

Bankın 30 iyun 2017-ci il tarixinə məcmu kapitalın adekvatlıq əmsalı 15% olmuşdur (31 dekabr 2016-cı il tarixində bu göstərici 20% təşkil etmişdir). 30 iyun 2017-ci il tarixinə likvidlik əmsalı 112% təşkil etmişdir. Qeyd edək ki, 2016-cı ilin sonuna bu göstərici 136% olmuşdur. Əmsalın dəyişməsi tələbli depozitlərin 47% artması ilə izah olunur.

 

PAŞA Bank müştərilərə rəqabət qabiliyyətli və mütərəqqi məhsullar təklif etməklə korporativ və KOS sektorda payını daha da artırmaq və Azərbaycan bazarında öz lider mövqeyini qoruyub saxlamaq üzərində çalışır.

 

Xəyalə Nağıyeva vurğulayıb ki, aktivlərin keyfiyyəti və müştərilər üçün düzgün maliyyə qərarlarını qəbul edilməsi hələ də bir nömrəli prioritetdir və Bank ildən ilə bu yanaşmanı daha da təkmilləşdirməyə sərmayə yatırmağı davam etdirir:

 

“ Azərbaycanda regional yerli banka çevrilməklə, PAŞA Bank yerli bankçılıqda münasibətlərə köklənmiş bankçılıq və kredit risklərinin anderraytinqi konsepsiyasını təqdim etmişdir, bu isə aktivlərin keyfiyyətində və dəyişkən iqtisadi mühitdə belə gəlirin əldə edilməsində özünü büruzə vermişdir. İddiali bir bank olaraq PAŞA Bank son illərdə yeni zirvələri dəf edərək regional Banka çevrilmişdir. Daha geniş miqyasda fəaliyyət göstərən Bank gündəlik əsasda qəbul edilən hər bir qərarda öz məsuliyyətini bütünlüklə dərk edir. Investisiya və maliyyə aspektləri ilə bağlı qərarlar müvafiq ölçü vahidlərinə əsaslanır və uzunmüddətli və davamlı artım konsepsiyasını əks etdirir. Bank BMHS-na müvafiq olaraq yerli bank seqmentində unikal və mürəkkəb daxili və xarici maliyyə hesabatlılıq standartlarını tətbiq etməklə öz tərəfdaşları qarşısında ən yüksək hesabatlılıq yanaşmasını nümayiş etdirir”.

04.10.2017 10:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ