"Gilan"ın bankı böyük zərər açıqladı
“AFB Bank” 2017-ci ili 12 milyon 186 min manat zərər ilə bağlayıb.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "AFB Bank"ın cəmi gəlirləri 36 milyon 196 min manat, o cümlədən faiz gəlirləri 24 milyon 674 min manat, qeyri-faiz gəlirləri 11 milyon 522 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 17 milyon 820 min manat əməliyyat mənfəəti qalıb. Lakin “AFB Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın
yaradılmasına 30 milyon 6 min manat ayırdığından ötən ili 12 milyon 185 min manat zərər ilə başa vurub.
“AFB Bank”ın 2016-cı il üzrə audit olunmuş hesabatına görə, Bank 2016-cı ili 537 min manat xalis mənfəət ilə başa vurub.
Ehtiyatlara böyük məbləğdə ayırma Bankda problemli kreditlərin artdığına işarədir.
Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 494 milyon 62 min manat olub ki, bu da illik müqayisədə 64,6% çoxdur. Bunun 163 milyon 194 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 17,6% kiçilib.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 95,2% artaraq 428 milyon 74 milyon manat təşkil edib. Bunun 287 milyon 814 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 3 dəfə böyüyüb.
İl ərzində “AFB Bank”ın cəmi kapitalı 18% azalaraq 66 milyon 546 min manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 70 milyon 393 min manat qalıb.
“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 d. əvvəl
-
32 d. əvvəl
Lizinq şirkəti zəmanətsiz istiqrazlarını alana illik 15 faiz ödəyəcəyini vəd edir
-
37 d. əvvəl
Tekstil müəssisəsinin qurulması və 400-dən çox iş yerinin yaradılması hədəflənir
-
1 saat əvvəl
"Legion Financial” şirkətinin səhmləri birjada listinqə daxil edilib
-
1 saat əvvəl
ADY sədri Rövşən Rüstəmov Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib
-
1 saat əvvəl
İlin sonuna kimi Türkiyədə dolların dəyəri 38 lirəyə çata bilər
-
2 saat əvvəl
"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis gəliri 2,6 dəfə artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl