"AtaBank" maliyyə vəziyyətini açıqladı
"AtaBank" ASC 2017-ci ili 362,3 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə cüzi çoxdur.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 55 milyon 743 min manat, o cümlədən faiz gəlirləri 47 milyon 262 min manat, qeyri-faiz gəlirləri 8 milyon 481 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 601 min manat xalis əməliyyat mənfəəti yaranıb. "AtaBank" əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılması 5 milyon 188 min manat ayırıb və 1 milyon 50 min manat mənfəət vergisi ödəyib. Nəticədə ili 362,3 min manat xalis mənfəət ilə bağlayıb.
2016-cı illə müqayisədə "AtaBank"ın faiz və qeyri-faiz gəlirləri azalıb. Belə ki, 2016-cı ildə "AtaBank"ın cəmi gəlirləri 62 milyon 398 min manat, o cümlədən faiz gəlirləri 48 milyon 735 min manat, qeyri-faiz gəlirləri 13 milyon 663 min manat təşkil etmişdi. Bank 17 milyon 789 min manat əməliyyat mənfəətinin 16 milyon 679 min manatını ehtiyatlara ayırmış, 769,6 min manat mənfəət vergisi ödəmiş və həmin ili 340,4 min manat xalis mənfəətlə başa vurmuşdu.
"AtaBank" ASC-də kredit və depozit itkiləri üzrə ehtiyata ayırmaların təxminən 3 dəfə azalması, əsasən gecikmədə olan kreditlərin artmasının səngidiyinə işarədir.
31 Dekabr 2017-ci il tarixində "AtaBank" 625 milyon 861 min manat cəmi aktivlərə, 479 milyon 387 min manat cəmi öhdəliklərə və 146 milyon 473,7 min manat balans kapitalına malik olub.
31 Dekabr 2016-ci il tarixində "AtaBank" 472 milyon 541 min manat cəmi aktivlərə, 412 milyon 730 min manat cəmi öhdəliklərə və 59 milyon 811 min manat cəmi balans kapitalına malik idi. Qeyd edək ki, ötən ilin Mayında "CDBBank" ASC "AtaBank" ASC-yə qoşulmuşdur. Bu səbəbdən Bankın aktivləri, öhdəlikləri və kapitalı artıb.
Müştərilərə verilən kreditlər 2016-cı ilin sonundakı 406 milyon 533 min manatdan 464 milyon 34 min manata qalxıb. Xalis kreditlər isə (Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxıldıqdan sonra) 381 milyon 380 min manatdan 415 milyon 422 min manata yüksəlib.
Ötən il "AtaBank"ın depozit portfeli 269 milyon 591 min manatdan 329 milyon 408 min manata, o cümlədən əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) 203 milyon 142 min manatdan 258 milyon 150 min manata yüksəlib.
"AtaBank" ötən ilin sonunda 141 milyon 110 min manat məcmu kapitala malik olub.
Zərər açıqlamaması və böyük məbləğdə məcmu kapitala malik olması,"AtaBank"ın güclü tərəfləri kimi xarakterizə edilə bilər. Faiz və qeyri-faiz gəlirlərinin azalmasına gəldikdə isə, belə bir azalma əksər banklarda baş verib. Kreditlər üzrə tələblər sərtləşdirildiyindən və tələb bir qədər azaldığından bankların gəlirləri də azalıb. 2018-ci ildən iqtisadi artımın bərpa olunması, dövlətin kreditlərə zəmanət mexanizminin işə düşməsilə bankların kredit portfellərinin, müvafiq olaraq da gəlirlərinin artacağı gözlənilir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər
-
2 saat əvvəl
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
- 2 saat əvvəl
-
18 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
18 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt”
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Ən çox oxunanlar
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
























