Faizləri aşağı salsa da “Kapital Bank”da əmanətlər artıb
“Kapital Bank” ASC əmanət faizlərini aşağı salsa da, bankda əhalinin əmanətləri artıb. Bu, Banka yüksək inama işarədir.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, 1 aprel 2018-ci il tarixinə əhalinin əmanətlərinin həcmi 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8% çoxdur.
Ötən ilin sonunda bankda əhalinin əmanətlərinin həcmi 836,9 milyon manat təşkil etmişdi. Ötən il “Kapital Bank”da əhalinin əmanətləri 6% artmışdı.
Əhalinin cəmi əmanətlərinin (7 milyard 750 milyon manat) 11,6%-i “Kapital Bank”dadır.
Qeyd edək ki, “Kapital Bank” ötən ilin sonlarından başlayaraq əmanət faizlərini 11-12%-dən 7-7,5%-ədək endirib.
"Kapital Bank" 2018-ci ilin I rübünün nəticələrini elan edib. Ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























