Ən yuxarı statik reklam-3_3

KOB evlərində göstəriləcək xidmətlər məlum oldu - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
KOB evlərində göstəriləcək xidmətlər məlum oldu - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir


 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin" fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. 
 

Fərmana əsasən KOB evləri yaradılacaqdır. KOB evləri ölkənin iri rayon və şəhərlərində yaradılacaqdır. Bu evlərdə mikro, kiçik və orta sahibkarlara bir sıra xidmətlər - təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə xidmətləri və s. təklif ediləcəkdir. KOB evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət orqanları tərəfindən də xidmətlər göstəriləcəkdir.

 

Həmçinin elektron formada vahid platforma -“e-KOB evi”  yaradılacaqdır.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

"Marja", Kiçik və orta biznes evlərində (KOB evləri) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısını təqdim edir.

 

Sıra

№-si

Dövlət orqanının adı

Göstərdiyi xidmətlər

1

2

3

1.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması

kommersiya hüquqi şəxslərinin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi

kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması

fiziki şəxslərin vergi uçotundan çıxarılması

nəzarət-kassa aparatının qeydiyyatı və qeydiyyatdan çıxarılması

vergi bəyannamələrinin qəbul edilməsi

“ASAN imza”nın verilməsi

2.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

əmək müqaviləsi bildirişlərinin qeydiyyatı

dövlət sosial sığorta şəhadətnaməsinin verilməsi

məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu

məşğulluq (o cümlədən özünüməşğulluq) xidməti

3.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

səlahiyyətli iqtisadi operator statusunun verilməsi

gömrük prosedurları ilə bağlı icazələr alınması

malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi

rüsumsuz ticarət mağazasının yaradılması

hasilatın pay bölgüsü sazişlərinə əsasən, subpodratçılara idxal zamanı rüsum və vergilərdən azadolunma sertifikatının verilməsi

yük müşayiət sənədlərinin (Bar code, CMR, AWB, Invoice, Packing list, Certificate of Origin) mal sahibinə təhvil verilməsi

malın gömrük dəyərinin müəyyənləşdirilməsi

4.

Azərbaycan Respublikasının

İqtisadiyyat Nazirliyi

lisenziyaların verilməsi

aşağıdakı icazələrin verilməsi:

xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi

sənaye parkının qeydiyyat şəhadətnaməsi

investisiya təşviqi sənədi

sənaye, yaxud texnologiyalar parklarının rezidentinə, idarəedici təşkilatına və operatoruna, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə

texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənəd

malın mənşə ölkəsini təsdiq edən sertifikat

3. AZPROMO-nun göstərdiyi xidmətlər

 

 

kommersiya hüquqi şəxslərinə münasibətdə qrantların qeydiyyatı

məsləhət və əlaqələndirmə xidmətləri göstərilməsi:

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin fəaliyyəti üzrə

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti üzrə

5.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”

Azərbaycan Respublikasının Qanununa əsasən, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

6.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi

dövlət ekoloji ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert rəyinin verilməsi

atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verilməsi

balıqovlama biletinin verilməsi

zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi

kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi

yaşıllığın götürülməsi vərəqinin verilməsi

yerin təkindən faydalı qazıntıların çıxarılması, faydalı

qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə müəyyən sahələrə “Dağ- mədən ayırması” statusunun verilməsi

geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi

7.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə verilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazə verilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi

sənaye qaz qurğusunun istismarına icazə verilməsi

neft və neft məhsullarının emalına icazə verilməsi

8.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə verilməsi

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki

dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”

 

 

 

Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

təhlükə potensiallı obyektlərin dövlət reyestrinə daxil edilməsi barədə çıxarışın verilməsi

ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə verilməsi

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələndirilməsinə, hazırlanmasına, yerləşdirilməsinə, inşasına, istismarına və istismardan çıxarılmasına icazə verilməsi

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi

vasitələrinin layihələndirilməsinə və hazırlanmasına icazə verilməsi

9.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

“Aqrolizinq” ASC-nin göstərdiyi xidmətlər

Kənd Təsərrüfati Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı əlaqələndirmə və məsləhət xidmətinin göstərilməsi

10.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğasının vurulması

11.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi

sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi

12.

Azərbaycan

Respublikasının Dövlət Turizm Agentliyi

turizm obyektlərinin xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq sənədlərin verilməsi

13.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən “İcazə” blankının verilməsi

Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara xarici ölkələrin “İcazə” blankının verilməsi

Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyicilərinə hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı”nın verilməsi

vergiödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özlərinə məxsus yüklərin daşınmasında istifadə

etdikləri avtomobil nəqliyyatı vasitələri üçün “Xüsusi fərqlənmə

 

 

nişanı”nın verilməsi

avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşımanın təşkili) haqqında müqavilənin bağlanması

təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi

nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilənin bağlanması

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrinin istifadəsinə icazə vərəqəsinin verilməsi

texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi

texnoloji biznes inkubatoruna qeydiyyat şəhadətnaməsinin verilməsi

texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru tərəfindən texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi

avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi

dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun sənədlərin verilməsi

gəmi agenti xidmətləri göstərilməsi üçün sertifikat verilməsi

dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə şəhadətnamənin verilməsi

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti üzrə əlaqələndirmə və məsləhət xidmətləri göstərilməsi

e-imzanın verilməsi

14.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamə verilməsi

dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi

dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilməsi

“Psixotrop vasitələr haqqında” Konvensiyanın 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxalına və ixracına icazə verilməsi

15.

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin, uyğunluğunun qiymətləndirilməsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi

 
Reklam_3_11

 

16.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

ixtira, faydalı model, sənaye nümunəsinin qeydiyyatı

elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlığın ixracı ilə əlaqədar rəylərin verilməsi

əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı

yeni ideyaların müəllif hüququnun qeydiyyatı ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi

17.

Azərbaycan Respublikasının Auditorlar Palatası

auditor adı almaq üçün ixtisas imtahanının nəticələrini təsdiq edən sənədin verilməsi

18.

Azərbaycan Respublikasının Dövlət

Reklam Agentliyi

açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi

19.

Bakı Nəqliyyat Agentliyi

Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyicilərinə hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı”nın verilməsi

vergiödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özlərinə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün “Xüsusi fərqlənmə nişanı”nın verilməsi

avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşınmanın təşkili) haqqında müqavilənin bağlanması

20.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarışın verilməsi

idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyatı şəhadətnaməsinin verilməsi

qida təhlükəsizliyi sertifikatının verilməsi

ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənədin (baytarlıq şəhadətnaməsi, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişanın) verilməsi

ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsi

pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, daxili karantin sertifikatının verilməsi

bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi

21.

Azərbaycan Milli Elmlər Akademiyası

texnologiyalar parklarının rezidentinə, idarəedici təşkilatına və operatoruna texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi

22.

Rayon (şəhər) icra hakimiyyətləri

1. ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla,

avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq

fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması

 

 

tikintiyə icazə verilməsi

tikinti obyektinin istismarına icazə verilməsi

səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə icazə verilməsi

23.

Azərbaycan Respublikasının Dövlət

Statistika Komitəsi

rəsmi statistik hesabatların qəbul edilməsi

24.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət

Komitəsi

daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı

25.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət

Palatası

Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışların verilməsi

26.

“Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC

mikro, kiçik və orta sahibkarlıq subyektlərinə texniki şərtlərin verilməsi

mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid abonentlərə eyniləşdirmə aktlarının verilməsi

mikro, kiçik və orta sahibkarlıq subyektlərinin adlarının dəyişdirilməsi

yeni istehlakçının qeydiyyata alınması və kartların verilməsi

27.

“Ərzaq məhsullarının

tədarükü və təchizatı” ASC

ərzaq məhsullarının satın alınmasının (o cümlədən avans vəsaiti verilməsinin) təşkil edilməsi

28.

"Azərbaycan Hava Yolları" QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz

Gəmiçiliyi” QSC

sifarişlərin qəbulu, onların icrası ilə bağlı əlaqələndirmə və məlumatlandırma

29.

Azərbaycan

Respublikasının Gənclər Fondu

mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək layihələrin dəstəklənməsi və məlumatlandırma

30.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək layihələrin dəstəklənməsi və məlumatlandırma

31.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün kredit zəmanətinin verilməsi

mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin faizlərinin subsidiyalaşdırılması ilə bağlı müraciətlərin qəbulu

 

27.06.2018 06:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ