“Bank Silk Vey”in xalis mənfəəti 4 dəfədən çox artıb

“Bank Silk Vey” ASC 2018-ci ilin birinci yarısını 12 milyon 256 min manat xalis mənfəətlə başa vurub. Halbuki Bank, 2017-ci ilin eyni dövrünü 2 milyon 959 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 4,1 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank Silk Vey”in faiz gəlirləri 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 24,1% artaraq 16 milyon 851 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 26% artaraq 10 milyon 139 min manata çatıb. Bank 2017-ci ilin birinci yarısında 13 milyon 580 min manat faiz, 8 milyon 51 min manat qeyri-faiz gəliri əldə etmişdi.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
ƏMƏLİYYAT MƏNFƏƏTİ AZ ARTIB
2018-ci ilin birinci yarısında, xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 4 milyon 912 min manat təşkil edib. 2017-ci ilin birinci yarısında əməliyyat mənfəəti 4 milyon 509 min manat olmuşdu.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 7 milyon 613 min manatı azad olub və mənfəətə əlavə edilib. Nəticədə vergi ödənilənədək mənfəət 12 milyon 525 min manat təşkil edib. “Bank Silk Vey” 269 min manat mənfəət vergisi ödəyib. Nəticədə Bank 2018-ci ilin birinci yarısını 12 milyon 256 milyon manat xalis mənfəətlə başa vurub.
XƏRCLƏRİ DƏ XEYLİ ARTIB
Ötən ilin yanvar – iyun dövrü ilə müqayisədə “Bank Silk Vey”in faiz xərcləri 23,3% artaraq 5 milyon 616 min manatdan 6 milyon 923 min manata, qeyri-faiz xərcləri isə 31,7% artaraq 11 milyon 504 min manatdan 15 milyon 154 min manata yüksəlib.
KREDİT VƏ DEPZOİT PORTFELİ KƏSKİN ARTIB
30 İyun 2018-ci il tarixində “Bank Silk Vey” ASC 599 milyon 178 min manat cəmi aktivlərə, 468 milyon 457 min manat cəmi öhdəliklərə və 130 milyon 721 min manat cəmi balans kapitalına malik olub. 30 İyun 2017-ci il tarixində Bank 411 milyon 349 min manat cəmi aktivlərə, 292 milyon 617 min manat cəmi öhdəliklərə və 118 milyon 731 min manat cəmi balans kapitalına malik idi.
Bankın müştərilərə verdiyi kreditlər 375 milyon 649 min manatdan 534 milyon 823 min manata yüksəlib. Xalis kreditlər isə 358 milyon 437 min manatdan 522 milyon 239 min manata qalxıb.
30 İyun 2017-ci il tarixində 174 milyon 91 min manat olmuş cəmi depozitlər 30 İyun 2018-ci il tarixində 447 milyon 580 min manata çatıb. O cümlədən, fiziki şəxslərin müddətli depozitləri 103 milyon 997 min manatdan 321 milyon 78 min manata qalxıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
