Kənd Təsərrüfatı Nazirliyindən giley - "Dəfələrlə müraciət etsək də..."
"Azərbaycanın kredit ittifaqları vəsait qıtlığı ilə üzləşdiyinə görə, onların fəaliyyəti zəifləyib, kredit portfelləri və ölkə iqtisadiyyatındakı rolu azalır".
Bunu Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov bildirib.
Onun sözlərinə görə, artıq bir neçə ildir ki, kredit ittifaqları özlərinin əsas maliyyə mənbələrindən məhrum olublar.
C.Süleymanov bildirir ki, vaxtilə kredit ittifaqlarının əsas dəstəkçilərindən olan Kənd Təsərrüfatı Nazirliyi və nazirliyn tərkibindəki Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti də kredit ittifaqlarına və fermerlərin bu təşkilatların xətti ilə kreditləşməsinə lazımi diqqət ayırmırlar.
C.Süleymanov bildirib ki, Assosiasiya fəaliyyətin əlaqələndirilməsi və vəsaitin ayrılması üçün dəfələrlə nazirliyə və xidmətə müraciət etsə də, indiyədək hətta görüş keçirmək belə mümkün olmayıb: "Kredit ittifaqlarının əsas donorlarından biri də Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti idi, amma indi bu qurumla hətta görüşmək belə mükün olmayıb. Halbuki kiçik fermerlərin maliyyələşməsi üçün əsas mexanizm məhz kredit ittifaqlarıdır".
Assosiasiya sədri bildirir ki, hazırda əsas kredit mənbəyi olan banklar daha çox böyük şirkəilərin maliyyələşməsi ilə məşğuldurlar: "Böyük şirkətlər onsuz da böyükdür və onların onsuz da pulları var, əsas dəstək kiçik sahibkarlara lazımdır ki, bunun üçün kredit ittifaqları ən yaxşı mexanizmdir".
C.Süleymanovun sözlərinə görə, kredit ittifaqları əsas donorlarından məhrum olduqlarına görə zəifləyirlər: "Vaxtilə kredit ittifaqlarına vəsait bir neçə mənbədən gəlirdi, bunlar xarici donorlar, Kənd Təsərrüfyatı Nazirliyi, Sahibkarlığa Yardım Fondu və ittifaq üzvlərinin öz vəsaitləri idi. İndi isə yalnız Sahibkarlığa Yardım Fondu bizə dəstək verir".
Vaxtilə Azərbaycanda mikromaliyə sektorunun əsas donorlarından olan xarici təşkilatlar da devalvasiyadan sonra fəaliyyətlərini dayandırıblar. C.Süleymnov bildirir ki, devalvasiyadan sonra xaricdən vəsait cəlb eləmək də sərf eləmir: "Xaricdən vəsaiti yalnız xarici valyuta ilə, dollarla almaq olar, amma bizdə dollarla krediti kim götürər? Hamı manatla kredit istəyir".
Ölkə bankları isə kredit ittifaqlarına vəsaiti yüksək faizlə təklif edirlər: "Banklar bizə krediti 16-18%, bəzən hətta 20%-lə təklif edirlər. O faizlə götürülən pulu fermerə neçə faizlə vermək olar? Çox bahadır və sərfəli deyil".
Qurum rəhbərinin sözlərinə görə, ən ideal variant kreditin illik 10%-lə verilməsidir, bunun üzərinə 5-6% inzibati xərcləri əlavə etməklə fermerləri maliyyələşdirmək olar.
Qeyd edək ki, kredit ittifaqları vəziyyətdən çıxmaq üçün mümkün variantlardan biri istiqrazların buraxılmasıdır – xatırladaq ki, hazırda bəzi təşkilatlar maliyyə cəlb edilməsi üçün məhz istiqraz buraxılışından istifadə edirlər.
Amma C.Süleymanovun sözlərinə görə, kredit ittifaqlarının iqtisadi vəziyyəti sabit olmadığına görə, istiqrazların buraxılması inandırıcı görünmür.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
1 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
5 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
6 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb























