Azərbaycanda ilk dəfə “Din tolerantlığı” həftəsi keçirilib
Birləşmiş Millətlər Təşkilatının 2010-cu ildə qəbul etdiyi qərara əsasən, hər il fevral ayının birinci həftəsi Dünya Dinlərarası Harmoniya Həftəsi kimi (World InterfaithHarmonyWeek) qeyd olunur.
Ölkəmizdə isə bu il ilk dəfə olaraq Dinlərarası Harmoniya Həftəsi çərçivəsində gənc HUMAN Foundation sosial platforması Azərbaycanın yəhudi, xristian və müsəlman icmalarını bir yerə toplayaraq, bir neçə gün davam edən layihələr həyata keçirmişdir.
İlk olaraq Mərkəzi Qan Bankında talassemiya xəstələrinə birgə qan verən yəhudi, xristian və müsəlmanlar, bununla dini zəmində baş verən münaqişələrə səssiz etiraz edib, hər kəsi, qan tökməyə yox, qanını dinindən asılı olmayaraq ehtiyacı olanlara verməyə çağırıb.
Layihənin davamında, Fevral ayının 8-də Holiday INN otelində “Sərhədsiz Din” tədbiri təşkil olunmuşdur. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Tatar Diasporası və Kazak İttifaqından, dini icmalardan isə aşkenaz və dağ yəhudiləri, rus-pravoslav, katolik və alban-udin xristianları və müxtəlif dini icmalardan nümayəndələr iştirak edib, Azərbaycanda olan toleranlıq haqqında çıxış ediblər. Həmçinin, Artlife İncəsənət mərkəzinin və Əzim Əzimzadə kollecinin 6-17 yaşlı rəssamlıq tələbələri “Din uşaqların gözü ilə” mövzusunda rəsm əsərləri işləyib nümayiş etdiriblər.
Son olaraq, yəhudi, xristian və müsəlman icmalarının nümayindələri fiziki və əqli qüsurlu uşaqlar üçün internat evini ziyarət ediblər.
HUMAN Foundation, “FaithwithoutBarriers” – Sərhədsiz Din layihəsi ilə yanaşı, “You Can” – Sən bacararsan, “Art withoutBarriers” – Sərhədsiz İncəsənət, “HumanWoman” – qadınlara dəstək platforması və digər layihələr də həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
3 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl