970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

İsveçrənin mühəndislik və texnologiya qrupu ABB Almaniyanın ventilyasiya və elektrik ötürücü sistemləri istehsalçısı “Ziehl-Abegg”i almaq üçün saziş imzalayıb. Əqd üzrə şirkətin ümumi dəyəri 2 milyard 650 milyon dollar, səhmdar kapitalının dəyəri isə 2 milyard 220 milyon dollar müəyyən edilib.

Marja ABB-nin açıqlamasına istinadən xəbər verir ki, tənzimləyici qurumların razılığı alındıqdan sonra əməliyyatın 2027-ci ilin ikinci yarısında tamamlanacağı gözlənilir. “Ziehl-Abegg”in 2026-cı ildə təxminən 1 milyard 400 milyon dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Reklam_3_11

Satınalma nəticəsində ABB mövcud elektrik mühərrikləri və ötürücü sistemləri portfelinə yüksək səmərəli, elektron kommutasiyalı ventilyatorlar və inteqrasiya olunmuş elektrik mühərrikləri əlavə edəcək. Bununla da qrup isitmə, ventilyasiya və kondisionerləşdirmə sistemləri, sənaye soyutması və temperaturun idarə edilməsi sahələrində məhsul çeşidini genişləndirəcək.

ABB-nin məlumatına görə, məlumat mərkəzlərinə artan investisiyalar və enerjiyə qənaət edən avadanlıqlara tələbat bu bazarların uzunmüddətli artımını dəstəkləyir.

Baş ofisi Almaniyanın Künzelsau şəhərində yerləşən “Ziehl-Abegg”in dünya üzrə təxminən 6 min 300 əməkdaşı var. Şirkət məlumat mərkəzləri, havanın təmizliyinə xüsusi tələblər qoyulan otaqlar, tibbi avadanlıqlar, kənd təsərrüfatı və lift sistemləri üçün ventilyatorlar və idarəetmə texnologiyaları hazırlayır.

23.11.2026 16:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar