İxracı 83 faiz artdı, Azərbaycana yarım ildə 1 milyard dollar daxil oldu
Bu ilin 1-ci yarısında gömrük bəyannamələrinə əsasən, Azərbaycandan 5 milyard 664 milyon 612 min kubmetr həcmində təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin aylıq statistikasına əsasən, bu miqdarda təbii qazın dəyəri 1 milyard 47 milyon 681 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,5% olub.
Bu ilin 1-ci yarısında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 82,7%, dəyəri isə 83,7% çoxdur.
Azərbaycan neft ixracını 17% artırıb
Bu ilin 1-ci yarısında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 15 milyon 833 min 151 ton xam neft və bitumlu minerallardan hazırlanan xam neft məhsulları ixrac edilib. Bu həcmdə məhsulun dəyəri 7 milyard 671 milyon 234 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,87% olub.
Bu ilin 1-ci yarısında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 16,7%, dəyəri isə 10% çoxdur.
Neft məhsullarının ixracı azalıb
Bu ilin I yarısında gömrük bəyannamələrinə əsasən, Azərbaycandan 520 min 998 ton neft məhsulları ixrac edilib.Bu miqdarda neft məhsullarının dəyəri 261 milyon 182,53 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,62% olub.
Bu ilin I yarısında ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 4,9%, dəyəri isə 7,6% azdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























