Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Kirayə mənzillərə tələbat kəskin artıb – Fond müraciətləri dayandırır. 6 oktyabrdan kirayə mənzil müraciətləri qəbul edilməyəcək.Sabahdan Azərbaycanda kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılacaq.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Fondun yaydığı "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün müraciətlərin qəbulu barədə məlumat"da deyilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 saylı Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir. Bu mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Son dövrlər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi (elektron sistem) üzərindən hər gün 100-dən artıq müraciət qeydə alınır. Nəticədə, elektron sistemdə qeydiyyata alınmış və görüş vaxtı təyin edilmiş müraciətlərin sayı mənzil fondunda seçim üçün mövcud olan (yenilənən kirayə mənzil fondu) yaşayış sahələrinin sayını dəfələrlə üstələyir.
Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə artan müraciətlərin daha operativ qəbulu, daha şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə seçim imkanının yaradılması, eləcə də elektron sistemin funksionallığının artırılması məqsədilə 06 oktyabr 2026-cı il tarixindən kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır. Müraciətlərin qəbulunun bərpa edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə həyata keçirilən prosedurlara təsir etməyəcək. Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq üçün indiyədək müraciət etmiş 12 mindən artıq vətəndaşın şəxsi kabinetinə görüş günü barədə bildirişlər göndərilib və həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə yaxınlaşıb müraciətlərini rəsmiləşdirə biləcəklər.
Vətəndaşlara yaranmış müvəqqəti narahatlığı anlayışla qarşılayacaqları üçün əvvəlcədən təşəkkürümüzü bildiririk.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
17 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 11 saat sonra
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















