“Premium Bank” öz fərdi Korporativ Buludunu yaradan ilk bankdır

(®) "Fominov Konsaltinq" şirkəti "Premium Bank"da İT infrastrukturunun dəyişdirilməsi prosesində avadanlıqların çatdırılması üzrə podratçı şirkət olaraq iştirak edib.


 

Günümüzdə uğurlu bank fəaliyyətinin əsas faktorlarından biri ən müasir informasiya texnologiyalarından istifadə ilə yeniliklərin daimi tətbiqidir. Bununla belə, kommersiya banklarında kommersiya tapşırıqlarının həllinə dair yanaşmalar nəzərə çarpacaq dərəcədə şəkil dəyişdirmişdir. Banklar demək olar ki, yeni rəqəmsal dünyada innovasiyaların axtarışına yönəlmiş Maliyyə-Texniki şirkətlərinə çevrilirlər.

 

Elçin Əhmədov – Premium Bankın Müşahidə Şurasının sədri

 

Bazarın tendensiya və tələbatlarını dəqiq qiymətləndirərək, Premium Bank təşkilatın ayrılmaz tərkib hissəsi olan informasiya texnologiyaları departamentinin xərc mərkəzindən gəlir mərkəzi kateqoriyasına keçməsindən faydalanır.

 

Bank informasiya texnologiyaları departamentinə, ilk növbədə, innovasiyalar mərkəzi kimi baxır. Məhz bu səbəbdən köhnə ənənəvi konsepsiyadan yeni, dinamik cəhətdən çevik bulud infrastrukturuna sürətli keçid üzrə qərarların necə qəbul edildiyi açıq şəkildə müşahidə olunur. Beləliklə də, inkişafın əsas maneəsi  - mürəkkəb qarışıq mühitdə rutin iş aradan qaldırılır.

 

Yeni məhsulların tərtibatı və sınağı xidmətlərinin, İnternet BankingMobile Banking-in yeni xidmətləri də daxil olmaqla ABS-nin bütün əsas tətbiq və modullarının fərdi bulud mühitinə köçürülməsi banka bir neçə illər sonrasına çevik və maneəsiz inkişafı vəd edir. Mahiyyətcə, indi İT mütəxəssislərin zamanı və gücü cari infrastrukturun necə dəstəklənməsinə, yeni serverin necə əlavə edilməsinə və sonra köhnə serverlə ne edilməsi kimi gündəlik qayğılara deyil, yeni texnologiyaların inkişafına yönəlib. Yəqin ki, çoxlarına bitib-tükənməyən kompromis axtarışı tanışdır.

 

Faktiki olaraq, Premium Bank bir çox stereotiplərdən imtina edərək ani irəliləyiş etmişdir. Keçiddən çox az müddət keçməsinə baxmayaraq, artıq bir çox yeni üstünlüklər müşahidə olunur.

 

Seçim etməzdən öncə Bankın mütəxəssisləri bu sahədəki dünya liderlərinin siyahısından müxtəlif istehsalçıların həll və texnologiyalarını dəqiqliklə araşdırmışlar. NUTANİX-in funksional imkanları, idarəetmənin rahatlığı, yüksək səmərəlilik, müstəsna etibarlılıq və gələcək inkişafın unikal çevik imkanları – bütün bu xarakteristikalar qiymətləndirmənin ən yüksək balını almışdır.

 

Bütün dunyada NUTANİX tətbiqlərinin sayı və Azərbaycanda LENOVO platformasında müvəffəqiyyətləri çoxlarını heyran edir. Azərbaycanda NUTANİX-ə uğurlu keçidlərin nümunələri çoxdur. Məsələn, Azərbaycan Mərkəzi Bankında Blockchain əsasında Rəqəmsal İdentifikasiyanın Mərkəzləşdirilmiş Reyestri üçün NUTANİX platformasının seçilməsi artıq çox şeyi deməyə əsas verir. Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankında Oracle Exalytics sistemlərindən keçid də daxil olmaqla demək olar ki, bütün əməliyyat sistemləri NUTANİX-ə köçürülür.

 

LENOVO rəsmilərinin məlumatına əsasən, Azərbaycan Mərkəzi Bankından başqa, artıq Azərbaycandakı bir çox müəssisələr NUTANİX-ə keçmişlər ki, onların da sırasında Delta Telecom, Bona Dea Hospital, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi nəznindəki İnformasiya Hesablama Mərkəzi, Tabaterra, Mərkəzi Seçki Komissiyası, dövlət strukturları və bir çoxlarını sadalamaq olar.

 

İri xarici banklar sırasında özünün bütün İT xidmətlərini 1000-dən çox qovşaqdan ibarət olan Nutanix klasteri əsasında öz fərdi Korporativ Buluduna köçürərək, iqtisadi sıçrayış etmiş Société Générale qeyd etməmək mümkün deyil.

 

Bəziləri yanlışlıqla düşünürlər ki, Korporativ Bulud və hiper-konvergentlik (Hyper-Convergency) – eyni həlldir. Lakin bunlar nə eyni, nə də qarşılıqlı ayrılmaz konsepsiya və texnologiyalardırlar. Korporativ Bulud infrastrukturu demək olar ki, istənilən texnologiyaların bazasında yaradıla bilər – serverlərin və məlumat saxlama sistemlərini adi kombinasiyası arxitekturasında, hiper-konvergen platformada və hətta meynfreym sinfinin sistemlərində.

 

Premium Bankda müxtəlif ssenariləri nəzərdən keçirirdilər və hiper-konvergenlik və Korporativ Bulud üçün bir istehsalçıdan – NUTANİX-dən olan genişləndirilmiş proqram təminatı komplektindən istifadə ilə hiper-konvergen platforma üzərində dayandılar, avadanlıq isə Bankın artıq uzun illər müvəffəqiyyətli iş təcrübəsi olan LENOVO-dan seçildi.

 

Bizim informasiya texnologiyaları bazarında belə bir məlumat səsləndirilir ki, bəzi müştərilər bəzən NUTANİX həllində skeptik yanaşırlar, belə ki, onların fikrinə əsasən texnologiya kifayət qədər yenidir və məsələn, VMware ilə müqayisədə inzibatçılıq üçün məhdud sayda mütəxəssislərə malikdir. VMware şirkəti əla məhsullar hazırlayır. Lakin, Azərbaycanda Korporativ Buludun digər vacib modulları üzrə kvalifikasiyalı mütəxəssislər axtarıb tapmaq heç də asan deyil, xüsusilə də hiper-konvergensiyada vSAN, təhlükəsizlik və mikro-seqmentasiyada NSX, avtomatlaşdırmada vRealize və.s. üzrə.

 

Qeyd etmək lazımdır ki, NUTANİX bir o qədər yeni şirkət deyil, və sənaye hiper-konvergen həllərinin yaradıldığı mənbələrin isə artıq 10 ildən çox yaşı var. Gartner Magic Quadrant hesabatlarına əsasən, son üç il ərzində NUTANİX lider mövqeyindədir.

 

Premium Bank layihəyə hiper-konvergen funksionalı üzrə lisenziyaların tam yığımını və demək olar ki, abstraksiyanın yüksək səviyyəsinə və Korporativ Bulud idarəetməsinə aid bütün komponentləri daxil etmişdir və bununla da HKİ üzərindən Korporativ Bulud topologiyası (Hyper-Convergent İnfrastructure) alınmışdır.

 

HPE, CİSCO, DELL EMC kimi HKİ seqmentinin liderləri siyahısına daxil olan bütün şirkətlər özlərinin şəxsi texnologiyalarına malik olmaqla yanaşı, öz avadanlıqlarında müştərilərə NUTANİX təklif edirlər. Məsələn, HPE özünün HCİ SimpliVity məhsuluna malik olmaqla bərabər 2019-cu ildə NUTANİX-in qlobal platin tərəfdaşı olur. Müştərilərin siyahısı tədqiq edilsə, ABŞ-da az qala hər üçüncü müştəri DELL EMC PowerEdge XC platformasında NUTANİX tətbiq etmişdir.

 

NUTANİX bütün aparıcı istehsalçıların serverləri və aplaynsları üzrə sertifikasiyalıdır – bu da həmçinin onu yalnız öz server platformasında çalışan rəqiblərindən fərqləndirir. Bank LENOVO platformasının xeyrinə olan seçimini ilk olaraq onun müstəsna etibarlılığı ilə əsaslandırır.

 

Daha öncədən Premium Bankda tətbiqlərin virtualizasiyası üçün VMware istifadə olunub. Hazırda NUTANIX AHV hipervizoruna keçid təmin olunub. Bankın məlumatına əsasən, inzibatçılar onun imkanlar yığımından, rahatlığından və idarəetmənin asanlığından çox məmnundurlar. Demək olar ki, bir həftə ərzində mütəxəssislər asanlıqla AHV mənimsədilər və professional şəkildə inzibatçılığa başladılar.

 

Premium Bankda İT infrastrukturu kardinal şəkildə dəyişdilər – fəaliyyətdə rəqəmsal transformasiya məhz bu deməkdir. Avadanlıqların çatdırılması üzrə podratçı Fominov Konsaltinq şirkəti ilə müqavilə imzalandıqdan sonra, həllin tətbiqi və səmərəli fəaliyyətə tam keçid üçün cəmi iki ay vaxt sərf olundu. Bütün işlər təsdiq olunmuş plana tam müvafiq olaraq icra olunmuşdu, 24*7 Internet Bank və Mobile Bank da daxil olmaqla bütün sistemlər müştərilərə xidmət dayandırılmadan yeni bulud infrastrukturuna köçürülmüşdür. 

 

Podratçının heyəti ilə birgə Bankın layihə qrupu vaxtlarının böyük qismini planlaşdırma, təhlil və tətbiqin texniki layihəsinin formalaşdırılması və keçidə sərf etdilər. Məlumatların, tətbiqlərin miqrasiyası və NUTANİX-ə keçid sürətli və maneəsiz həyata keçirilir. Əlbəttə ki, burada Fominov Konsaltingin mühəndislərinin yüksək professionallığını vurğulamamaq olmazdı.

 

Premium Bank özünün əsas prioriteti olaraq etibarlılığın maksimum səviyyəsinin əldə olunmasını göstərir, bu səbəbdən də ilkin olaraq bankda maksimum etibarlılıq səviyyəsi və dayanıqlılığı təmin edə biləcək bulud mühitinin yaradılması qərarına gəldilər. Gərginlik sınaqlarının nəticələri qüsursuz etibarlılıq səviyyəsini tam təsdiq etdilər. Arxitektura istər klasterin hər hansı bir hissəsində, istərsə də bütövlükdə klasterin özünün qlobal qarşılıqlı əlaqəsi səviyyyəsində vahid sıradançıxma nöqtələrinin tam kənarlaşdırılması prinsipi üzərində qurulmuşdur. Konfiqurasiyalarda cüzi izafilik nəzərə alınmışdır ki, bu da tətbiqlərə avadanlığın istənilən modullarının çoxsaylı sıradançıxmaları halında belə fasiləsiz işləmək imkanı verəcək. İstifadə olunan NUTANİX Prism və NUTANİX Calm idarəetmə və avtomatlaşdırma sistemləri tam şəkildə avtonom işi və idarəetməni təmin edirlər, yəni, hesablayıcı resurslar ssenaridən, vəziyyətdən, prioritetlərdən və tətbiqlərin ehtiyaclarından asılı olaraq paylanırlar. Bu çox rahatdır, çünki sistem inzibatçılarının vaxtına əhəmiyyətli dərəcədə qənaət edilmiş olur və ən əsası, planlaşdırılmamış hadisəyə daha çox vaxtsız və/yaxud doğru olmayan reaksiya ilə əlaqədar olan texniki risklər əhəmiyyətli dərəcədə azalmış olur.

 

Yeni infrastrukturun səmərəlilik sınaqları yüksək nəticələr göstərdi. Bankda xüsusi olaraq, bütün daşıyıcılarda qoşulmuş məlumatların şifrələnməsi ilə HDD+SSD hibrid rejimində bölüşdürülmüş məlumatları saxlama sistemlərinin işinin müstəsna İOPS səmərəliliyini vurğuladılar.

 

Əsas layihə çərçivəsində Premium Bankda təhlükəsizlik atributlarının, daimi effektivlik monitorinqinin, anomaliyaların axtarışı və aşkarlanmasının auditi sistemi ilə mərkəzləşdirilmiş fayl saxlanc sistemini tətbiq etdilər. Nəzarət orqanları banklardan çoxsaylı təhlükəsizlik normalarına riayət olunmasını tələb edirlər ki, bunlardan da biri istifadəçi fayllarına giriş hüquqlarına nəzarətdir. Bu funksional bulud infrastrukturunun idarəetməsi üzrə vahid inteqrasiya rejimində NUTANİX Files tətbiq etməklə reallaşdırılmışdır.

 

Premium Bankın mütəxəssisləri PCİ-DSS ödəniş sistemləri üçün beynəlxalq təhlükəsizlik standartlarına tam müvafiq bulud mühitini yaratdılar, bu səbəbdən də mikro-seqmentasiya texnologiyası və NUTANİX Flow məhsulu əsasında şəbəkənin vizuallaşdırılması texnologiyası tətbiq edilmişdi. Mikro-seqmentasiyadan istifadə banka avadanlıqlar üzrə və məxfi məlumatların qorunmasına dair bəndlər üzrə xərcləri optimallaşdırmaq imkanı verdi. Məlumatların məxfiliyinin gücləndirilməsi tədbirləri üçün bütün disk daşıyıcılarında məlumatların şifrələnməsindən istifadə olunur.

 

NUTANIX Flow-ya olan yatırımlar tam şəkildə özünü doğrultmuşdur. Bu modulsuz yaxud onun analoqu olmadan, informasiya təhlükəsizliyi üzrə müvafiq tələblərə uyğun gəlmək üçün Bank apparat infrastrukturunu fiziki olaraq bir neçə əsas seqmentlərə bölməli olacaqdı – 1) əsas sistemlər və bek-ofis; 2) tətbiqlərin tərtib olunması və sınağı mühiti; 3) mobil bank, internet bank və ödəniş kartları ilə işləmə modulları. Aydındır ki, belə yanaşma üç dəfə daha çox avadanlıq və proqram təminatı tələb edir, idarəetmə çətinləşir və hesablama resursların istifadənin effektivliyi əhəmiyyətli dərəcədə azalmış olur. Başqa sözlə, Korporativ Bulud konsepsiyasının bütün əhəmiyyətli üstünlükləri itirilmiş olur. Mikro seqmentasiyasız bulud və/yaxud hiper-konvergen infrastruktur yaratmaq – bu ya informasiya təhlükəsizliyində ciddi risklərdir yaxud avadanlığa hədsiz yüksək və izafi xərclərdir.

 

Premium Bankın rəhbərliyi əldə olunmuş nəticələri yüksək qiymətləndirir və böyük məmnuniyyət hissi ilə Fominov Konsalting şirkətinə mükəmməl yerinə yetirilmiş layihə, innovativ yanaşma və professionallığından dolayı təşəkkürünü bildirir.

29 Yanvar 2020 , 06:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin