Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu başlayır

AzVak-mobil_resmin_ustu_31
Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu 2026 (IBF 2026) öz işinə başlayacaq. 

“Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusu altında keçiriləcək Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Türk Dövlətləri Bank Assosiasiyaları Şurası (CBATS), Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunur.

IBF regionun maliyyə və bankçılıq sektorunda aparıcı platformalarından biri olaraq hər il yüksək səviyyəli iştirakçıları bir araya gətirir. İllər ərzində Forum Bakı şəhərinin biznes və iqtisadi tədbirlər təqvimində flaqman tədbirlərdən biri kimi öz mövqeyini möhkəmləndirmişdir.

IBF Azərbaycanda bütün bankların rəhbərlərinin iştirak etdiyi yeganə ixtisaslaşmış maliyyə və bankçılıq tədbiridir. Forum həmçinin tənzimləyici qurumların, fintech şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, diplomatik nümayəndəliklərin, akademik dairələrin nümayəndələrini və Azərbaycandan, eləcə də digər ölkələrdən olan aparıcı qərarvericiləri bir araya gətirir. Qonşu ölkələrdən və digər beynəlxalq maliyyə mərkəzlərindən iştirak edən nümayəndə heyətləri Forumun regional və qlobal əhəmiyyətini daha da gücləndirir.

IBF 2026-nın əsas mövzuları bank əməliyyatlarında və nəzarət proseslərində süni intellektin tətbiqi, açıq bankçılıq və məlumatların daşına bilməsi (Data Portability), rəqəmsal identifikasiya və paylanmış KYC, ani və transsərhəd ödənişlər, kiberdavamlılıq və dələduzluq risklərinin idarə olunması, tokenləşdirilmiş pul və hesablaşma sistemləri, dayanıqlı maliyyə, əhali və KOB subyektləri üçün inklüziv maliyyə, kapital bazarları vasitəsilə maliyyələşmə mənbələrinin şaxələndirilməsi, nəzarət texnologiyaları (SupTech) və bankçılığın gələcəyini formalaşdıran digər mühüm istiqamətləri əhatə edəcək.

Forum 25 noyabr 2026-cı il tarixlərində də davam edəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

24.11.2026 08:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19