TƏBİB: Azərbaycan səhiyyə sisteminin tam elektronlaşdırılması müzakirə olunur
"Azərbaycan səhiyyə sisteminin tam elektronlaşdırılması, bunun paralelində dünya praktikasında tətbiq olunan platformaların bizdə də istifadəyə verilməsi müzakirə olunur".
Bunu TƏBİB-in icraçı direktorunun müşaviri Firəngiz Əliyeva deyib. Onun sözlərinə görə, bu gün təqdim edilən təkmilləşdirilmiş "e-Tabib" tətbiqi bu istiqamətdə atılmış addımlar çərçivəsində ilk məhsuldur:
"Bu tətbiqin üzərində çox iş aparılacaq. Ölkədə vahid platformanın olması və orada özəl və dövlət xəstəxanalarının hamısını əhatə edən, eyni zamanda bütün vətəndaşların tələblərinə cavab verən bir platforma halına gətirilməsi istiqamətində düşünürük".
O qeyd edib ki, dünya praktikasında mövcud platformalar var ki, onlarda hemofiliya, diabetik xəstələrin vücuduna xüsusi cihazlar yerləşdirilərək gündəlik nəticələri əks olunur:
"Eyni zamanda, dünya praktikasında pasientlərə məxsus bütün informasiyaların bir platformada birləşdirilməsi də var. Təbii ki, biz də bu istiqamətdə düşünürük. Azərbaycan səhiyyə sisteminin tam elektronlaşdırılması müzakirə olunur".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
4 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 31 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ




























