BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Avtomobil nəhəngindən sərt qərar – BMW yüzə yaxın rəhbər vəzifəni ləğv edə bilərAlmaniyanın avtomobil nəhəngi BMW xərcləri azaltmaq və gəlirliliyini artırmaq üçün idarəetmə strukturunda ciddi ixtisarlara hazırlaşır. Şirkət 2027-ci ilin ortalarınadək bölmələrin və onlarla əlaqəli rəhbər vəzifələrin sayını 20% azaltmağı planlaşdırır.
Marja xəbər verir ki, restrukturizasiya prosesində süni intellektdən geniş istifadə olunacaq.
BMW bildirib ki, bəzi bölmələrin birləşdirilməsi və ya ixtisarı nəticəsində onlarla əlaqəli rəhbər vəzifələr də ləğv ediləcək. Dəyişikliklərin idarəetmənin daha aşağı pillələrinə də təsir göstərəcəyi gözlənilir.
Şirkət süni intellektdən daha səmərəli istifadə etməklə prosesləri sürətləndirməyi, idarəetmə strukturunu sadələşdirməyi və qərarların qəbul müddətini azaltmağı hədəfləyir.
BMW-nin strukturuna bələd mənbələrin məlumatına görə, şirkətdə İdarə Heyətindən birbaşa aşağı pillədə təxminən 65 yüksək səviyyəli rəhbər, onların altında isə 400-ə yaxın yüksək vəzifə mövcuddur. Planlaşdırılan restrukturizasiya nəticəsində ümumilikdə 100-ə yaxın yüksək səviyyəli vəzifənin ləğv oluna biləcəyi bildirilir.
BMW-nin baş icraçı direktoru Milan Nedeljković bildirib ki, ixtisar edilməsi nəzərdə tutulan vəzifələrin böyük hissəsi şirkətin Münhendəki strukturunda yerləşir.
Şirkət hələ iyul ayında Almaniyadakı “ağ yaxalı” işçilərin sayının azaldılması ilə bağlı razılığa gəlmişdi. Məlumata görə, daha geniş restrukturizasiya proqramı təxminən 8 min iş yerini əhatə edə bilər ki, bu da BMW-nin qlobal işçi qüvvəsinin təxminən 5%-nə bərabərdir.
İxtisarların əsasən könüllü ayrılma proqramları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
BMW yeni strategiya çərçivəsində yalnız işçi və rəhbər sayını azaltmaqla kifayətlənmir. Şirkət bütün dəyər zəncirində süni intellekdən istifadəni genişləndirərək avtomobillərin hazırlanmasından satınalmaya, istehsaldan satış və satışdan sonrakı xidmətlərədək prosesləri avtomatlaşdırmağı planlaşdırır.
BMW-nin məqsədi avtomobil biznesində mənfəət marjasını 2028-ci ildə 3–5%-ə, növbəti onilliyin əvvəlində isə yenidən 8–10% diapazonuna çatdırmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
49 d. əvvəl
Sanksiyasını 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
-
54 d. əvvəl
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektləri 25 faizlik güzəştdən yararlana biləcəklər
-
1 saat əvvəl
Mikrosahibkar böyüdükdə əvvəl ödədiyi vergilər yeni öhdəliyindən çıxıla bilər
-
1 saat əvvəl
İllik 15 faiz gəlir təklif edən 1 milyon manatlıq istiqrazların satışı başlayır – ŞƏRTLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus ®
Vergi Məcəlləsinə 67 istiqamətdə dəyişiklik təklif olunur – 21-i sahibkarların təşəbbüsüdür
Ən çox oxunanlar
“Xankəndi” şərabının tıxacında niyə “erməni şərabı” yazılıb? - Şirkət rəhbərindən açıqlama
Burger King Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
"Əmək müqavilələrinin rəsmiləşdirilməsi sadələşdiriləcək"
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb





















