PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
PAŞA Bank Mayamidə süni intellekt və rəqəmsal maliyyə gündəmini izləyirKonfrans global banklararası maliyyə kommunikasiya şəbəkəsi SWIFT tərəfindən təşkil olunur. Tədbir dünyanın aparıcı banklarını, maliyyə institutlarını, texnologiya şirkətlərini, tənzimləyiciləri və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən qlobal platformalardan biridir. Bu il ilk dəfə Mayamidə keçirilən konfransın əsas mövzusu “Digital finance for AI-driven economies” (“Süni intellekt əsaslı iqtisadiyyatlar üçün rəqəmsal maliyyə”) olaraq müəyyənləşdirilib.
Dörd gün davam edən tədbir çərçivəsində 500-dən çox ekspertin iştirakı ilə 250-dən artıq sessiyanın keçirilməsi nəzərdə tutulub. 2026-cı ilin proqramında süni intellekt və innovasiyalar əsas mövzulardan biri kimi önə çıxır. Bununla yanaşı, ödənişlər, qiymətli kağızlar və valyuta bazarları, ticarətin maliyyələşdirilməsi, ESG, rəqəmsal aktivlər, kibertəhlükəsizlik, məlumatların idarə edilməsi, rəqəmsal transformasiya və maliyyə sektorunda dayanıqlılıq məsələləri geniş müzakirə olunur.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, SIBOS 2026 maliyyə sektorunda süni intellekt və rəqəmsal texnologiyaların yaratdığı yeni imkanların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“SIBOS qlobal maliyyə sektorunun aparıcı institutlarını, texnologiya şirkətlərini və qərarvericilərini bir araya gətirən ən mühüm beynəlxalq platformalardan biridir. PAŞA Bankın artıq 17-ci dəfə burada təmsil olunması bizim beynəlxalq tərəfdaşlıqlara verdiyimiz önəmin və qlobal maliyyə mühitində fəal iştirakımızın göstəricisidir. Bu il də əsas məqsədimiz mövcud tərəfdaşlarla əməkdaşlığı daha da möhkəmləndirmək, yeni əlaqələr qurmaq, yeni biznes və müştəri imkanlarını müəyyənləşdirməkdir. SIBOS-da qurulan əlaqələrin real dəyərini onların müştərilərimiz üçün yaratdığı imkanlarda görürük. Bu, “Customer First” yanaşmamızın əsas xəttidir. Tərəfdaşlıqlarımız və beynəlxalq imkanlarımız vasitəsilə müştərilərimizə daha geniş seçimlər, çevik həllər və daha yaxşı təcrübə təqdim etmək əsas prioritetdir .” – deyə Murad Süleymanov bildirib.
PAŞA Bankın SIBOS-da iştirakı Bankın beynəlxalq maliyyə icması ilə əlaqələrinin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və qlobal maliyyə ekosistemində baş verən texnoloji dəyişikliklərin yaxından izlənilməsi baxımından əhəmiyyət daşıyır. Bank təmsilçiləri bu mötəbər konfransda artıq 17-ci dəfə iştirak edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
3 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
4 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























