Kolbasaların tərkibində mal əti əvəzinə, toyuq və donuz ətləri aşkar edilib - ADLARI
11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müraciət edir: "Kral", "Best Beef", "Payım", "Dilim-Dilim", "Əsl Dad", "Köhnə Dad", "Yeni Dad", "Dadlıca", "Best Beef", və "İli" kolbasalarını alıb yeməyin.Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan verilən xəbərə görə, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.
AQTA bildirir ki, nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin ("Sevilən Ad" MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcəkdir.
AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.
Məlumat üçün bildiririk ki, sınaq nəticələri cədvəldə qeyd edilən məhsul partiyalarına şamil edilir.
Sınaq nəticələrində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyaları və istehsalçıları ilə bağlı məlumatla aşağıdakı cədvəldən tanış olmaq mümkündür:
Monitorinq zamanı yeni uyğunsuzluqlar aşkarlanmış kolbasa və sosiska məhsullarına dair MƏLUMAT | |||||
№ | Məhsulun istehsalçısı | Məhsulun | Məhsulun növü | İstehsal tarixi | Aşkarlanan uyğunsuzluq |
1 | "Sevilən Ad" MMC | "Dilim-Dilim" | Bişmiş "Doktorskaya" kolbasası | 23.02.2023 | Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb |
2 | "Dilim-Dilim" | Bişmiş "Lyubitelskaya" kolbasası | 23.02.2023 | Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb | |
3 | "Əsl Dad" | Bişmiş hisə verilmiş kolbasa | 20.02.2023 | Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb | |
4 | "Əsl Dad" | Hisə verilmiş sosiska | 27.02.2023 | Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb | |
5 | "Mir 2016" MMC | "Köhnə Dad" | Bişmiş "Doktorskaya" kolbasası | 19.01.2022 | Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
6 | "Hakan Foods" MMC | "Yeni Dad" | "Qız qalası" sosiskası | 20.02.2023 | Üzərində mal əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
7 | "Kral" | Bişmiş "Xlebnaya" halal kolbasası | 10.03.2023 | Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb | |
8 | Fiziki şəxs | "Dadlıca" | Bişmiş "Lyubitelskaya" kolbasası | 12.02.2023 | Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
9 | Fiziki şəxs | "Best Beef" | Bişmiş hisə verilmiş "Servalat" kolbasası | 21.02.2023 | Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb |
10 | Əla növ "Ocaq" sosiskası | 09.02.2023 | Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb | ||
11 | "Al-Sana" MMC | "Al Sana Payım" | "Keşlə" sosiskası | 01.03.2023 | Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
12 | İlya Kudelin Vasilyeviç | "İli" | sosiska | 10.02.2023 | Üzərində donuz və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
23 d. əvvəl
Azərbaycanda İT işçilərinin maaşından 20 il gəlir vergisi tutulmayacaq
- 27 d. əvvəl
- 41 d. əvvəl
-
42 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 45 d. əvvəl
-
56 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
1 saat əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Ən çox oxunanlar
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"





























