Çəni doldurmaq 12 manat bahalaşdı, bəlkə qənaətcil avtomobil? - SİYAHI
Ən az yanacaq sərf edən 30 avtomobil
“Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinin 70 qəpik/litrdən 90 qəpik/litrə qaldırılması avtomobil sahiblərinin kefini pozdu.
İndi yanacaq çəni 60 litr olan avtomobilin çənini doldurmağın xərci 12 manat artaraq 42 manatdan 54 manata yüksəlib.
“Marja”nın məlumatına görə, benzinin qiymətinin artması qənaətcil avtomobillərə az da olsa təlabatı artıra bilər. 100 klometrə 6 litrədək benzin “içən” avtomobil almaqla qiymətlərin qalxmasının yaratdığı xərci azaltmaq olar.
BUNDAN SƏRFƏLİ ALMAN AVTOMOBİLİ YOXDUR
Azərbaycanda üstünlük verilməsə də, adətən qənaətcil avtomobillər mühərriklərinin həcminin kiçik və qiymətlərinin münasib olması ilə seçilirlər. Devalvasiyalardan sonra onsuzda avtomobil qiymətləri iki dəfə artıb. İndi də benzinin bahalaşması az yanacaq sərf edən avtomobillərə keçməyi zəruri edir.
Bakıda taksi xidməti göstərən bir sıra şirkətin qiymət rəqabətində önə çıxmaq üçün qənaətcil avtomobillərdən istifadəyə keçəcəyi gözləniləndir.
Hökumət dizel yanacağının pərakəndə satış qiymətini dəyişməyərək 60 qəpikdə saxlayıb. Dizelin “Aİ-92”dən 30 qəpik ucuz olması dizel ilə işləyən avtomobillərə də marağı artıracağı gözlənilir.
ÜRƏKLƏ AL, ÜRƏKLƏ SÜR - TAM YENİ ACCENT
Yanacaq sərfiyyatı avtomobil sahibləri üçün vacib məsələlərdən birinə çevirilir. Son illərdə avtomobil şirkətləri texnologiyanın yeniliklərini tətbiq edərək avtomobillərin yanacaq sərfiyyatını aşağı salırlar. Bir tərəfdən mühərrik həcmləri kiçilir, digər tərəfdən yanacaq sərfiyyatı da azalır. Üstəlik, avtomobillərin performansı əvvəlkinə nisbətən daha da artır. Bəs ən az benzin yandıran avtomobillər hansılardır? Qeyd edək ki, sıralama ortalama yanacaq sərfiyyatına əsasən hazırlanıb.
1) Fiat 500S 0.9 Twinair 85 HP – 100 km-də: 3.8 lt
2) Smart Fortwo 1.0 71BG -100 km-də: 4.1 lt
3) Peugeot 208 1.2 L PureTech 82HP S&S ETG5 -100 km-də: 4.2 lt
4) Citroen C4 CACTUS 1.2 PureTech 82 HP ETG5 S&S - 100 km-də: 4.3 lt
5) Seat Leon 1.0 lt EcoTSI 115 hp DSG S&S Ecomotive - 100 km-də: 4.4 lt
6) Seat İbiza 1.0 Eco TSI 110HP DSG Start/Stop - 100 km-də: 4.4 lt
7) Audi A3 Sedan Dynamic 1.0 TFSI S tronic 116PS -100 km-də: 4.5-4.6 lt
8) Mini Cooper 1.5 136PS -100 km-də: 4.5-4.6 lt
9) Citroen C3 1.2 PureTech 82 HP BVM5 Mexanika - 100 km-də: 4.7 lt
10) Citroen DS3 1.2 PureTech 110 HP S&S EAT6 - 100 km-də: 4.7 lt
11) Hyundai i10 1.0 D-CVVT 5 pilləli Mexaniki 66PS - 100 km-də: 4.7 lt
12) Skoda Fabia 1.2 TSI 90PS - 100 km-də: 4.7 lt
13) Volkwagen Polo 1.2 TSI BMT 90PS Mexanika - 100 km-də: 4.7 lt
14) Volkvagen Golf 1.0 TSI BMT 110PS DSG - 100 km-də: 4.7-4.8 lt
15) Seat Toledo 1.4 lt TSI 125HP DSG Start/Stop - 100 km-də: 4.8 lt
16) Honda Jazz 1.3 Premium 102PS - 100 km-də: 4.8 lt
17) Kia Rio Hatcback 1.25L CVVT (5 pilləli mexanika) 84PS - 100 km-də: 4.8 lt
18) Citroen C-Elysee 1.2 PureTech 82 HP Mexanika - 100 km-də: 4.9 lt
19) Ford Fiesta 1.0L 100PS PowerShift Euro VI - 100 km-də: 4.9 lt
20) Peugeot 301 1.2 lt PureTech 82 hp - 100 km-də: 4.9 lt
21) Volkswagen Passat 1.4 TSI ACT BMT 150PS Mexanika - 100 km-də: 4.8-5 lt
22) Volkswagen Jetta 1.2 TSI BMT 105PS DSG- 100 km-də: 4.9-5 lt
23) BMW 318i Sedan 136BG - 100 km-də: 5 lt
24) Mazda 3 Sedan SKYACTIV-G 1.5L Benzin 6 pilləli mexanika 120PS- 100 km-də: 5 lt
25) Citroen C4 1.2 Puretech 130 HP S&S EAT6 Avtomatik 100 km-də: 4,9-5,1 lt
26) Dacia Sandero 0.9 Turbo 90BG - 100 km-də: 5,1 lt
27) BMW 118i 136BG - 100 km-də: 5,1 lt
28) Alfa Romeo Giulietta 1.4 TB Multiair 170 HP TCT (Benzin avtomatik) - 100 km-də: 5,1 lt
29) BMW 218i Coupé 136BG - 100 km-də: 5,1 lt
30) Renault Clio 1.2 Turbo EDC 120 bg 6 pilləli Avtomatik -100 km-də: 5,2 lt
Qeyd edək ki, digər marakaların da az yanacaq sərf edən modelləri mövcuddur.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
7 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
7 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
8 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
8 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























