“Zəhmət olmasa, pasportunuzu təqdim edin!”
Qərb ölkələri rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi ilə bağlı atdığı konkret addımından, sadəcə, narahat olduqlarını bildiriblər. Çünki onlar beynəlxalq hüquq və qaydalar çərçivəsində hərəkət edən Azərbaycanı sərt şəkildə ittiham etməyə, yaxud qınamağa heç bir əsas tapa bilmədilər. Axı, Bakı ilə beynəlxalq terrorizm müstəvisində yaxından əməkdaşlıq edən həmin güclər Cənubi Qafqazda erməni terrorizminin sıradan çıxarılmasının vacibliyini çox yaxşı anlayırlar. Bakının həyata keçirdiyi bu hüquqi aksiya daha çox Ermənistanın daxilində rezonans doğurub və bu mövzuda ən müxtəlif peşə sahibləri sosial şəbəkələrdə fikirlərini bölüşürlər.
Postun yaradılması gözlənilən idi
“Qarabağda yaşayan ermənilərin əksəriyyəti bölgədən çıxmaq barədə düşünür”. Bu sözləri özünü Xankəndidəki qondarma “DQR”-in uydurma ombudsmanı kimi təqdim edən Qeqam Stepanyan deyib. O, iddia edir ki, Qarabağ erməniləri Laçın yolundakı məntəqədən keçərkən Azərbaycan sərhədçilərinə “hesabat” verməyəcəklər. Stepanyanın fikrincə, Azərbaycan bayrağının altından keçmək istəməyən ermənilər də olacaq. Buna görə çoxları Qarabağı tərk etmək haqda düşünür”.
Laçın yolunda, Həkəri çayının körpüsünün üstündə nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra 30-a yaxın erməninin Ermənistana qayıtdığına dair görüntülər yayılıb. İndi Bakı Qarabağın erməni sakinlərinə iki seçim variantı təklif edir: ya vətəndaşlığı qəbul edib torpağımızda yaşamalı, ya da Qarabağı tərk etməlisiniz! Düşünürük ki, onlara bizim milli pasportumuzu, lap dəqiqi, şəxsiyyət vəsiqəmizi əldə etmələri üçün müəyən müddət təyin edilməlidir. Bəzi erməni blogerləri sərhəddə belə bir məntəqənin yaradılmasının gözlənildiyini, Xankəndidəki separatçı rejimin təzyiqlərlə erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin qarşısını aldığını yazırlar. Həm də bu səbəbdən yerli ermənilər arasında ciddi təşvişin yarandığı bildirilir.
Sərhədçilərimizin nəzarət-buraxılış məntəqəsində bölgəyə gələn və gedən şəxslərin pasportları yoxlanılacaq. Artıq məlumdur ki, bəzi ermənilər Ermənistan pasportu gəzdirirlər, bəzilərinin cibində isə həm erməni, həm də Rusiya pasportu var.
Yenə kənardan imdad diləyirlər
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Hayastan hökumətinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları Laçın yolu və Qarabağdakı “mövcud humanitar vəziyyətlə” bağlı məsələləri müzakirə ediblər. Bir gün əvvəl isə Paşinyan Aİ-nin prezidenti Şarl Mişellə telefon danışığında regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin göstərilməsinin vacibliyini vurğulayıb. Paşinyan və Mişel bu dəfə də Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına dair fikir mübadiləsi aparıblar.
İrəvanın “qızdırmalı çapalamaları” yenidən gündəmə gəlib. Gec-tez sülh, qarşılıqlı anlaşma müstəvisində dialoq aparmağa məcbur olacağı yaxın ünvan qarşısında dursa da, hayların başını itirmiş baş naziri, deyəsən, bu dəfə də qapıları ikinci dövrədə saymağa başlayacaq...
Hayların revanş xülyaları NBM-də basdırıldı
Bizimçün ən vacibi odur ki, Laçın yolunda yaradılan nəzarət-buraxılış məntəqəsi (NBM) müharibə təhlükəsini aradan qaldırdı. Bu məntəqə həm silahın, həm də silahlı erməni quldurlarının Qarabağa girişinin qarşısını alır, rəsmi İrəvanın III müharibədə revanş götürmək xülyalarını bloklayır və onu basdırmış olur. Prinsip etibarilə onların müharibə aparmaq üçün heç vaxt yetərincə gücləri olmayıb, çətin ki, bundan sonra olsun. Amma Azərbaycan Ordusunun arsenalında təxribatlara çevik reaksiya, sülhə məcburetmə kimi ehtiyat əməliyyat planları qalmaqdadır. Ehtimal olunan yeni hərbi qarşıdurmanın episentri isə indi yalnız Azərbaycan-Ermənistan şərti sərhədində ola bilər.
Amma aprelin 23-dən sonra bölgənin siyasi nəbzi Qarabağın erməni əhalisinin arasında vurmaqdadır. İndi onların hər birinin Azərbaycan Bayrağının altından keçməyə məcbur olacaqları bir yana, həm də həmin postu adlamaq üçün ciblərində “Şəxsiyyət vəsiqəsi” olmalıdır. Həmin postda sərhədçimizin cibində şəxsiyyətini rəsmi təsdiqləyən sənədi gəzdirən vətəndaşımıza ünvanlayacağı yeganə və səmimi sualı bu olacaq: “Zəhmət olmasa, pasportunuzu təqdim edin!”.
Fikrət SADIXOV, politoloq
İndi Qarabağ ermənilərini əsas qayğısı guya odur ki, biz yolu bağlamışıq və ermənilər İrəvana gedib-gəlməkdə çətinlik çəkirlər. Onların iddiasına görə, biz 10 noyabr Bəyanatının şərtlərini pozuruq. Əslində həmin bəyanatda yazılmayıb ki, Azərbaycan öz torpağında keçid məntəqəsini yarada bilməz. Həmin mətndə nə belə bir şərt, nə tələb, nə də ifadə yer alır. Bununla bağlı Bakıya hər hansı bir irad da tutula bilməz. Yox, əgər 10 noyabr Bəyanatına istinad ediriksə, onda gərək Zəngəzur dəhlizini də onların yadına salaq. Həmin dəhliz hələ də açılmayıb, çünki ermənilər imzaladıqları 10 noyabr sənədinin şərtlərinə əməl etmirlər. Bu azmış kimi, haylar Ermənistan silahlı qüvvələrinin qalıqlarını, təxribatçı silahlı quldurları Qarabağdan çıxarmağa tələsmirlər. Oraya rahatca silah-sursat daşıyırdılar. Yəni, Azərbaycanın Laçın yolunun üstündə nəzarət-buraxılış məntəqəsini yaratmağa həm mənəvi, həm də hüquqi əsasları yaranmışdı və bunu etdi. Bununla, eyni zamanda, daşnak-revanşistlərin yeni müharibə çağırışlarının, hərbi təxribatlara cəhdlərin qarşısı alınmış oldu. İlk növbədə isə öz təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü təmin etdik. Bakının atdığı addım heç kəsi narahat etməməli və qorxutmamalıdır.
Həmin nəzarət-keçid məntəqəsini quraşdırmaqla biz kiməsə qarşı təcavüzkar planı işə salmırıq. Gediş-gəliş olsun, amma Azərbaycan qanunları çərçivəsində, bizim nəzarətimiz altında. Bundan sonra silahlı separatçıların, yad ünsürlərin Azərbaycanın Qarabağ iqtisadi rayonuna yolu birdəfəlik bağlanmalıdır.
© “Xalq qəzeti”
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
11 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
11 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 12 saat əvvəl
-
12 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib























