"Azərişıq" satış gəlirlərini və xalis mənfəətini açıqladı - YIĞILMIŞ ZƏRƏRİ AZALIB
Dövlətə məxsus "Azərişıq" ASC 2022-ci ili 56 milyon 257 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 12 milyon 666 min manat xlias mənfəət ilə bağlamışdı.
Beləliklə, "Azərişıq" ASC-nin xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 4,4 dəfə artıb. Xalis mənfəətin artması ilə əlaqədar olaraq şirkətin yığılmış zərəri 369 milyon 594 min manatdan 313 milyon 337 min manata düşüb.
Xatırladaq ki, "Azərişıq" şirkətinin xalis mənfəəti 2021-ci ildə 2020-ci illə müqayisədə 4,4 dəfə arrtmışdı. ASC 2020-ci ili 2 milyon 866 min manat xalis mənfəət ilə bağlamışdı.
SATIŞDAN GƏLİRLƏRİ 1,5 MİLYARD MANATDAN ÇOX OLUB
Marja.az şirkətin audit olunmuş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Azərişıq" şirkətinin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 325 milyon 6 min manat ikən, 2022-ci ildə 1 milyard 540 milyon 473 min manat təşkil edib (215 milyon 467 min manat artıb). Satışın maya dəyəri isə 1 milyard 162 milyon 279 min manatdan 1 milyard 318 milyon 841 min manata qalxıb (156 milyon 562 min manat artıb). Şirkətin əsas gəlir mənbəyi elektrik enerjisi satışı və quraşdırma xidmətləridir.
AKTİVLƏRİ 3 MİLYARD MANATA YAXINLAŞIB
31 Dekabr 2022-ci il tarixində "Azərişıq" ASC 2 milyard 915 milyon 645 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 2 milyard 654 milyon 168 min manat cəmi aktivlərə malik idi. Ötən il şirkətin cəmi aktivləri 261 milyon 477 min manat artıb.
"Azərişıq" ASC “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2000-ci il tarixli 441 nömrəli Sərəncamına əsasən dövlətə məxsus müəssisə kimi təsis edilmişdir. Şirkət Azərbaycan Respublikasında özəlləşdirmə proqramının tərkib hissəsi olan “Bakıelektrikşəbəkə” İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 noyabr tarixli, 253 nömrəli sərəncamına uyğun olaraq açıq səhmdar cəmiyyət kimi özəlləşdirilmişdir. 7 noyabr 2001-ci il tarixində şirkətin idarəetməsi “Barmek Holding A.S.” şirkətinə verilmişdir. Daha sonra 2006-cı ildə Azərbaycan Respublikasının hökuməti “Barmek Holding A.S.” şirkəti ilə müqaviləni dayandırmış və 11 avqust 2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi 414 nömrəli sərəncamla “Barmek Holding A.S.” şirkətindən aktivləri Şirkətə geri qaytarmağı tələb etmişdir. 10 fevral 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərişıq ASC” haqqında Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC adlandırılmışdır.
2020-ci il yanvarın 7-dən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
3 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
3 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
3 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
5 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
6 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
6 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























