"Ləğv edilmiş müəssisənin əmlakları “Daşkəsən Dəmir Filiz” MMC-yə satılıb" - DÖVLƏT XİDMƏTİNDƏN AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) fəaliyyəti ilə bağlı Hesablama Palatasının təhlilinə istinad olunan, lakin situativ kontekstdən kənar və subyektiv formada məlumatlar dərc edilib. Həmin məlumatlarda ƏMDX-nin fəaliyyətində əldə olunmuş müsbət tendensiyalar diqqətdən kənarda saxlanılmaqla, onun sərəncamında olan müəssisələrin bir çoxunun fəaliyyətsiz olması, özəlləşdirmə prosesinin düzgün təşkil edilməməsi və kreditor borclarının artması səbəbindən əmlak satışından büdcənin gəlirlərinin azalması, özəlləşdirmədən daxilolmalar üzrə borcların artması, restrukturizasiya və inventarizasiya işlərinin aparılmaması, o cümlədən ləğv edilmiş müəssisələrdən birinə 9,6 milyon manat vəsaitin ayrılması kimi mülahizələr önə çəkilmişdir.
Marja.az xəbər verir ki, bu, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında bildirilir.
Qeyd edilib ki, özəlləşdirməyə açıq elan edilmiş və hazırda ƏMDX-nin sərəncamında olan müəssisələr keçmiş Sovet İttifaqı dövründə qurulmuş və planlı iqtisadiyyat üçün hesablanmış müəssisələrdir. Dövlət müstəqilliyinin ilk illərində bu müəssisələrin fəaliyyəti kəskin tənəzzülə uğradı, çoxlarının isə fəaliyyəti ümumiyyətlə dayandı. Qeyd edək ki, analoji proseslər ölkəmizlə yanaşı, keçid iqtisadiyyatı dövrünü yaşayan bütün postsosialist, xüsusən MDB dövlətlərində yaşandı.
Həmin müəssisələr xərclərini ödəmək şərtilə qismən fəaliyyət göstərir və kreditor borcları bu səbəbdən artır. Digər səbəb müəssisələrin əmlak və torpaq vergiləri ilə bağlıdır ki, fəaliyyət göstərməyən müəssisələr üzrə həmin borclar hesablanaraq kreditor borclarının siyahısına aid edilir.
Özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə borcların 2020-2021-ci illərdə nisbətən artması koronavirus (COVİD-19) pandemiyası nəticəsində iqtisadiyyatda yaranmış reallıq, əmlak bazarında yaranmış durğunluq, hərracda qalib olmuş alıcılarla alqı-satqı müqavilələri bağlandıqdan sonra onlar tərəfindən əmlakın dəyərinin ödənilməsində problemlərin yaranması ilə əlaqədar olub.
Hazırda problemin aradan qaldırılması təmin edilib. Bəzi borcların qalması keçən ilin son aylarında bağlanan əqdlər üzrə məbləğlərin növbəti ilə keçməsi ilə əlaqədardır.
ƏMDX qanunvericiliyin tələblərinə uyğun olaraq restrukturizasiya, sağlamlaşdırma işlərini həyata keçirir. Təhlil dövrünü əhatə edən müddətdə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan və fəaliyyət göstərən 3 dövlət müəssisəsinin istehsal gücünün artırılması, istehsal profilinin genişləndirilməsi məqsədilə, sağlamlaşdırma tədbirləri çərçivəsində yeni nəsil texnoloji avadanlıqların alınması istiqamətində müvafiq işlər görülüb. ƏMDX tərəfindən sərəncamında olan dövlət müəssisələrinin balansında olan aktivlərin və öhdəliklərin, habelə əsas vəsaitlərin mövcudluğunun, istismar vəziyyətinin yoxlanılması məqsədilə müəssisələrdə hər ilin sonunda inventarizasiya işləri aparılır.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamına əsasən, uzun müddət özəlləşdirməyə açıq olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və Nazirlər Kabinetinə zəruri tədbirlərin görülməsi, eləcə də bütövlükdə bu Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırığı verilib.
Sərəncamın icrasının təmin edilməsi məqsədilə “AzərGold” QSC-nin 100% təsisçiliyi ilə “Daşkəsən Dəmir Filiz” MMC yaradılıb. Əvvəlki müəssisənin əmlakları isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq “Daşkəsən Dəmir Filiz” MMC-yə satılıb. MMC-nin fəaliyyətinin dəstəklənməsi üçün zəruri maliyyə vəsaiti (9,6 mln. manat) dövlət müəssisəsinin sağlamlaşdırılması və bu sahədə restrukturizasiyanın başa çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin təklifi və Maliyyə Nazirliyinin razılığı əsasında mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2021-ci il tarixli 528s nömrəli Sərəncamı ilə ayrılıb.
Nəzərə alınmalıdır ki, mövcud qanunvericilikdə və hər hansı digər normativ hüquqi aktda yalnız özəlləşdirməyə açılmış dövlət müəssisələrinin sağlamlaşdırılmasına və restrukturizasiyasına vəsaitin ayrılması üçün məhdudiyyət müəyyən edilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 30 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
-
46 d. əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 3 saat əvvəl
-
13 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
14 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
Rəsmi məzənnələr açıqlandı
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
Ən çox oxunanlar
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
























