"Araşdırma zamanı xoş olmayan nəticələr ortaya çıxıb, bu vəziyyətə göz yuma bilmərik" - NAZİR
Qanunvericiliyə sərnişin və yük daşımalarına dair mühüm dəyişikliklər təklif olunurRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunvericiliyə dəyişikliklərlə bağlı çıxış edib.
Nazir çıxışında ölkəmizin nəqliyyat-logistika infrastrukturunda görülmüş işlər haqqında məlumat verib: “Ölkəmizdə son 20 il ərzində 20 min kilometrə yaxın yol çəkilib, dəmir yolları tikilib və ya bərpa edilib, yeni hava limanları istifadəyə verilib. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunub, Bakı Gəmiqayırma Zavodu istifadəyə verilib”.
Qeyd olunub ki, qurumların idarəedilməsinin effektivliyinin artırılması, institutsional islahatlar və infrastruktura yatırılan investisiyalarla yanaşı, çətinliklər və həlli yollarına dair axtarışlar tənzimləmədə olan boşluqları aşkarlamağa imkan yaradıb: “Bu çatışmazlıqlar əsas etibarilə şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımaları, avtovağzalların işinin təşkili və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində idi”.
Rəşad Nəbiyev əlavə edib ki, bu gün Milli Məclisə təqdim edilən təkliflər məhz sərnişin və yük daşımaları sahəsində müvafiq tənzimlənmənin təmin edilməsini nəzərdə tutur.
Təkliflərə əsasən:
- Beynəlxalq sərnişin və yük daşımaları, ölkədaxili yük və sifarişli sərnişin daşımaları, taksi minik avtomobili ilə sərnişin daşımaları, taksi sifarişi operatoru fəaliyyəti müvafiq icazə əsasında həyata keçirilməlidir.
- Eyni zamanda qeyd olunan sərnişin və yük daşımalarında istifadə olunacaq hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartı alınmalıdır.
- Ümumi istifadədə nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıqdan keçmələri icazələrin verilməsi üçün əsas olmalıdır.
Bildirilib ki, analoji tələblər şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımalarına münasibətdə də təklif olunur.
Nazir Rəşad Nəbiyev vurğulayıb ki, qanunvericiliyə təklif olunan dəyişikliklər həm sərnişin, həm də yük daşımaları bazarını əhatə etsə də, cəmiyyəti ən çox narahat edən, son zamanlar ictimai müzakirələrə səbəb olan məsələ taksi fəaliyyəti ilə əlaqəlidir.
Qeyd olunub ki, mövcud problemləri dərindən öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsləhətçi şirkətlərin iştirakı ilə araşdırma həyata keçirib. Bu araşdırma zamanı xoş olmayan nəticələr ortaya çıxıb:
- Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur (tıxac və ekoloji problemlər).
- Sürücülər gündə 14-16 saat sükan arxasında olur (təhlükəsizlik riskləri, əmək qanunvericiliyinin pozulması).
- Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin 50%-dən çoxunun yaşı 15-dən çoxdur (ekoloji və təhlükəsizlik riskləri).
- Gündəlik səyahətlərin sayı: fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edə bilər (tıxac və ekoloji risklər).
- Kölgə iqtisadiyyatı: mövcud sürücülərin çox kiçik qismi tələb olunan “fərqlənmə nişanı” əldə edib.
Bu vəziyyətə göz yuma bilmərik. Ona görə də qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Biz bütün bu islahatlara bütövlükdə Bakı şəhərində mobilliyin genişləndirilməsi, əhalinin ictimai nəqliyyata çıxışının yaxşılaşdırılması və şəhərdə tıxacların azaldılması prizmasından baxırıq”, - deyə nazir vurğulayıb.
Rəşad Nəbiyev çıxışının sonunda normativ hüquqi aktlarda dəyişiklik edilməsini nəzərdə tutan təkliflərin sərnişin və yük daşımaları sahəsində qanunvericiliyi təkmilləşdirəcəyinə və sahibkarların maraqlarının qorunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə verəcəyinə əminliyini ifadə edib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
16 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
28 d. əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
42 d. əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
1 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
2 saat əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü


























