Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq
Ödəniş xidməti təchizatçısı və ödəyici ödəniş alətləri vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının maksimum məbləğini qarşılıqlı şəkildə müəyyən edir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir:
- ödəniş alətinin təhlükəsizliyinin təmin olunması;
- ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması;
- ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması.
Ödəniş xidməti təchizatçısı nəzərdə tutulduğu hallarda ödəyicini ödəniş alətinin bloklaşdırılması və bunun əsaslandırılmış səbəbi barəsində mümkün olduqda əvvəlcədən və ya ən geci bloklaşdırmadan dərhal sonra məlumatlandırmalıdır, bu şərtlə ki, qanunla belə məlumatın verilməsi qadağan edilməsin. Ödəniş xidməti təchizatçısı ödəniş alətinin bloklaşdırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra ödəniş alətini blokdan çıxarmalı və ya yeni ödəniş aləti ilə əvəz etməlidir. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısının və ya vasitəçinin ödəniş xidməti istifadəçisinin ödəniş hesabına çıxış əldə etməsinə və ya əməliyyat aparmasına yalnız bunun icazəsiz və ya fırıldaqçılıq məqsədilə həyata keçirildiyini əsaslandırmaqla imtina edə bilər. Belə hallarda ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı ödəyicini imtinanın səbəbləri barədə yazılı qaydada məlumatlandırır.
Ödəniş hesabına çıxış əldə edilməsinə imtina etmiş ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısına və ya vasitəçiyə göstərilən səbəblər aradan qalxdıqdan sonra ödəniş hesabına çıxış əldə etməyə və əməliyyat aparmağa icazə verməlidir.
Göstərilən hallar baş verdikdə ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısı və ya vasitəçi ilə əlaqədar insident barədə dərhal Mərkəzi Banka məlumat verir. Məlumat insidentin təfərrüatlarını və həyata keçirilmiş tədbirin səbəblərini əhatə etməlidir. Mərkəzi Bank məsələni araşdırır və bu Qanuna müvafiq olaraq tədbirlər görür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
12 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 12 saat əvvəl
-
15 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
16 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 18 saat əvvəl
-
18 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
18 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
19 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
19 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























