Şirkət xəmir mayasından 6 milyon manata yaxın gəlir götürüb, xalis mənfəəti 5 dəfəyə yaxın artıb
Xəmir mayası istehsalçısı “Azər Maya İstehsal” QSC 2022-ci ili 440 min 66 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2021-ci ili 92 min 504 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci illdə 2021-ci illə müqayisədə “Azər Maya İstehsal”ın xalis mənfəəti 4,8 dəfə artıb.
Marja.az xəbər verir ki, 2021-ci ildə Şirkətin əsas əməliyyat gəlirləri (satış) 2 milyon 505 min 259 manat ikən, 2022-ci ildə 5 milyon 942 min 431 manata yüksəlib (2,4 dəfə artıb).
31 dekabr 2022-ci il tarixində “Azər Maya İstehsal” QSC 8 miylon 525 min 861 manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 5 milyon 321 min 595 manat cəmi aktivlərə malik idi.
1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər Maya" yaradılmışdır. Şirkətin saytından verilən məlumata görə, "Azər Maya" istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı, qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.
"Azər-Maya" ASC səhmdarlarının 2021-ci il fervalın 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul olunmuş qərara uyğun olaraq yeni şirkət yaradıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azər-Maya İstehsal" QSC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkət "Azər-Maya" ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq 3 105-ci məhəllədə qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1 milyon 761 min 150 manat, qanuni təmsilçisi isə Əliyev Elvin Eldar oğludur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 26 d. əvvəl
- 35 d. əvvəl
-
46 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)




.jpg)







