Bakı aeroportu “Georgian Wings” aviaşirkətinin ilk reysini qəbul etdi
Sentyabrın 6-da “Georgian Wings” aviaşirkətinin Tbilisi-Bakı marşrutu üzrə ilk reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Gürcüstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
“Georgian Wings”aviaşirkətinin ilk reysinin gəlişinə həsr olunmuş mərasimdə aviaşirkətin nümayəndələri, eləcə də Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər. Ölkələr arasında əlaqələrin inkişafı baxımından bu tədbirin əhəmiyyəti vurğulanıb.
“Aeroportumuz beynəlxalq tərəfdaşlıq əlaqələrinin davamlı inkişafına və genişlənməsinə sadiqdir və bu marşrutun istifadəyə verilməsi iki ölkə arasında turizmin, biznesin və mədəni mübadilənin inkişafı üçün daha da geniş imkanlar açır”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov vurğulayıb.
“Biz Tbilisi-Bakı marşrutu üzrə “Georgian Wings” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu enişini qeyd etməkdən qürur duyuruq. Bu mühüm məqam Gürcüstanla Azərbaycan arasında bizim yaxın dost qonşuluğumuzu vurğulayır. Bu marşrut bizim üçün ölkələrimiz arasında turizm, biznes və mədəni mübadiləni inkişaf etdirmək üçün sonsuz imkanlar açır. Müntəzəm reyslər bu həftədən etibarən ATR72-500 təyyarələri ilə başlayacaq və Tbilisi ilə Bakı arasında rahat uçuşlar həyata keçiriləcək. Yeni üfüqlər açmaq və tərəfdaşlığımızı gücləndirmək üçün biz hər kəsi “Georgian Wings”in göyərtəsində gözləyirik”, - “Georgian Wings” aviaşirkətinin baş direktoru Edison Pipia bildirib.
“Georgian Wings” Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə üç dəfə: çərşənbə, cümə və bazar günləri müntəzəm uçuşlar həyata keçirəcək.
Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.georgianwings.com rəsmi saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 saat əvvəl
Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
-
2 saat əvvəl
“Atəşgah” Sığorta Şirkətinin sədrinə İcbari Sığorta Bürosunda vəzifə verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg” Azərbaycanda istehsalı genişləndirməyə hazırlaşır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Holdinqlərdə transformasiya: "atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
4 saat əvvəl
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək
-
4 saat əvvəl
Türkiyə şirkəti Azərbaycanda baytarlıq vaksinləri istehsal edəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olub
“KollektA”nın səhmlərinə 3 investor pul yatırdı
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək
Ən çox oxunanlar
Türkiyə şirkəti Azərbaycanda baytarlıq vaksinləri istehsal edəcək
İsveçrə şirkəti Azərbaycanda böyük aqrar layihəyə başlayır – Ağstafada torpaqlar uzunmüddətli icarəyə verilir
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun “AzərTürk Bank”dan əldə edəcəyi payın həcmi məlum olub
Bakıda 11 yeni saziş imzalandı – Microsoft, ROX Group, AGROFERT və digər şirkətlər Azərbaycanda layihələrə qoşulur
























