Yeni 150 kilometrlik yolun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edildi
Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib.
Qərara əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
Ödənişli avtomobil yolunun texniki göstəriciləri:
- texniki dərəcəsi - I b;
- hərəkət zolaqlarının sayı - 4;
- hərəkət zolağının eni - 3,75 metr;
- yol çiyninin eni - 3,75 metr;
- ayırıcı zolağının eni - 5 metr;
- torpaq yatağının eni - 27,5 metr;
- dayanma zolağının eni - 2,5 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr;
- ayırıcı zolaqda bərkidilmiş zolağın eni - 1 metr.
Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, marşrutu və əsas texniki göstəriciləri:
- uzunluğu - 142 kilometr;
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-194-cü kilometrədək olan hissəsi;
- texniki dərəcəsi - 80 kilometr I b dərəcəli, 62 kilometr II dərəcəli;
- hərəkət zolaqlarının sayı - I b dərəcəli yol üzrə 4, II dərəcəli yol üzrə 2;
- hərəkət zolağının eni - 3,75 metr;
- yol çiyninin eni - 3,75 metr;
- ayırıcı zolağının eni - I b dərəcəli yolda 5 metr;
- torpaq yatağının eni - I b dərəcəli yol üzrə 27,5 metr, II dərəcəli yol üzrə 15 metr;
- dayanma zolağının eni - 2,5 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr;
- ayırıcı zolaqda bərkidilmiş zolağın eni - I b dərəcəli yolda 1 metr.
Qərara əsasən, Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq etməlidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılsın ki, ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri:
- başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri;
- son nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişməsi.
Ödənişli avtomobil yolunun uzunluğu - 129 kilometr.
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi;
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu;
- R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi;
- R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu;
- R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonu.
Nazirlər Kabinetindən verilən şərhdə bildirilir ki, qərar “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsi ilə bağlı qəbul edilib.
Qərarla Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğinin avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə almaqla təsdiq edilməsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən isə ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb























