Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəriciləri AÇIQLANDI

2024-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon manat, xərcləri 36 milyard 355 milyon manat, kəsiri 2 milyard 590 milyon manat nəzərdə tutulur. 2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülür.
iç səhifə xəbər başlığı altı (mobil)_31
2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəriciləri AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlanıb.

Marja.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Reklam_3_11

Qeyd edilib ki, Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatının ”Açıq Büdcə Sorğusu” metodologiyasına uyğun olaraq dövlət maliyyə idarəolunması sahəsində tətbiq olunan fiskal diaqnostika alətləri əsasında “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi hazırlanaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi hədəf və proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, büdcə qaydasına əsaslanan yeni makro-fiskal çərçivəyə uyğun olaraq icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baxışlarını əks etdirir. Büdcə prosesinin növbəti mərhələlərində 2024-cü il üçün dövlət büdcəsi haqqında Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənədək qeyd edilən parametrlərə dəyişikliklərin edilməsi mümkündür.

“2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” ilə buradan tanış ola bilərsiniz.

XXX

İcmal büdcə

2024-cü ildə icmal büdcənin gəlirləri 38 milyard 578,1 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2023-cü ilin təsdiq olunmuş göstəricisinə nəzərən 4 milyard 482,1 milyon manat və ya 10,4 faiz azalma deməkdir. İcmal büdcə xərcləri isə növbəti ildə 41 milyard 956,8 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2023-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 686,9 milyon manat və ya 1,7 faiz çoxdur. 2024-cü il üzrə icmal büdcədə 3 milyard 378,7 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır.

Dövlət büdcəsi

2024-cü ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 765,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 125,5 milyon manat və yaxud 0,4 faiz az, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 85,4 milyon manat və yaxud 10,1 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 269,8 milyon manat və ya 0,7 faiz azalma ilə 36 milyard 355,0 milyon manat proqnozlaşdırılır ki, bu da, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 4 milyard 290,4 milyon manat və yaxud 13,4 faiz çoxdur.

2024-cü ildə dövlət büdcəsinin kəsiri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz az olmaqla 2 milyard 590 milyon manat (ÜDM-də xüsusi çəkisi 2023-cü illə müqayisədə 0,1 faiz-bənd az olmaqla 2,2 faiz) proqnozlaşdırılır.

Dövlət büdcəsinin gəlirləri

2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülməklə 2024-cü il dövlət büdcəsinin gəlirləri ÜDMin 28,5 faizi həcmində yəni 33 milyard 765,0 milyon manat nəzərdə tutulur ki, bunun da 49,6 faizi və ya 16 milyard 756,0 milyon manatı neft sektorunun, 50,4 faizi və ya 17 milyard 9,0 milyon manatı qeyrineft/qaz sektorunun payına düşür.

Dövlət büdcəsinin xərcləri

2024-cü il üçün 36 milyard 355 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22 milyard 622,0 milyon manatı və ya 62,2 faizi cari xərclərə, 11 milyard 760,4 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə, 1 milyard 972,6 milyon manatı və ya 5,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılmışdır.

Gəlirlər necə təmin olunacaq?

2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41,1 faizini və ya 13 milyard 865,0 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1 milyard 122,0 milyon manat və ya 7,5 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 678,0 milyon manat və ya 10,8 faiz azdır. Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781,0 milyon manatı və ya 37,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 5 milyard 900 milyon manatı və ya 17,5 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 388  milyon manatı və ya 1,2 faizi isə sair gəlirlərin payına düşür.

2024-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini və ya 12 milyard 781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 23,7 faizini və ya 3 milyard 975,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini sair gəlirlər təşkil edəcəkdir.

2024-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 71,3 faizi və ya 9 milyard 890 milyon manatı qeyri-neft sektorunun, 28,7 faizi və ya 3 milyard 975 milyon manatı neft sektorunun payına düşür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,0 faizi həcmində olmaqla 5 milyard 900 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 172 milyon manat və ya 3,0 faiz, 2022-ci ilin faktı ilə müqayisədə 245,4 milyon manat və ya 4,3 faiz çoxdur. 

Necə xərclənəcək?

Funksional təsnifat üzrə 2024-cü ildə iqtisadi fəaliyyət xərclərinə 7 milyard 380  milyon manat (xüsusi çəkisi 20,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 4 milyard 814,9 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6 milyard 421 milyon manat (xüsusi çəkisi 17,7 faiz), səhiyyə xərclərinə 1 milyard 871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 milyard 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 5 milyard 74,8 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 milyard 392,7 milyon manat (xüsusi çəkisi 3,8 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 364,8 milyon manat (xüsusi çəkisi 1,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

2024 dövlət büdcə gəlir xərc kəsir
21.09.2023 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ