Bakı Ağ Şəhərdə satışda olan hazır mənzillər tükənir – QİYMƏTLƏR ARTIB
"Bakı Ağ Şəhər"də hazır mənzillər tükənmək üzərədir. Alıcılar istəklərinə uyğun mənzil tapmaqda çətinlik çəkirlər. Satışa çıxan mənzil çox az, tələb isə yüksək olduğundan qiymətlər də artır.
Marja.az-ın araşdırmasına görə, Bakı Ağ Şəhərdə 2021-ci ildən öncə bina tikintisinə başlamış tikinti şirkətlərinin çoxunda mənzillər bitib. Az sayda tikinti şirkətində 2-3 mənzil qalıb, onların da ya sahələri çox böyükdür, ya planı, mənzilin mövqeyi əlverişzidir, ya da sonucu mərtəbədə və ya obyekt üstündə yerləşir.
Binalar tikilən zaman alınmış mənzillərdən də çox az sayda satışa çıxarılanı olur. Sahibləri mənzildə ya özləri yaşamağı ya da qiymətlər daha da artdıqdan sonra satmağı planlaşdırırlar.
"ALICILARA TƏKLİF ETMƏYƏ MƏNZİL TAPMIRIQ"
Bakı Ağ Şəhərdə daşınmaz əmlakların alqı-satqısına vasitəçilik edənlər də alıcılara mənzil təklif etməkdə çətinlik çəkirlər:
"Satışa çox az sayda mənzil çıxır. Olanda da dərhal satılır. Hazırda satışda bir neçə mənzil var ki, onların da ya sahələri böyükdür, iri eyvanları var, ya da sonuncu mərtəbədə və ya obyekt üzərində yerləşirlər. Bakı Ağ Şəhərdə “katlavan” səviyyəsində olan layihələrdə belə mənzillərin böyük hissəsi satılıb".
Vasitəçinin sözlərinə görə, bir il əvvəl "Bakı Ağ Şəhər"də 1900-2300 manat civarında qiymətə normal təmirsiz mənzil almaq mümkün idi:
"Hazırda təmirsiz mənzilin 1 kvadratmetrinin qiyməti əsasən 2400-3000 manat civarındadır. Orta mərtəbədə, cənuba və şərqə baxan, itkisiz sahəyə malik mənzillərin 1 kavadratmetri 2700-2800 manatdır. Artıq 2000 manat, 2200 manat qiymətləri yoxdur. Hətta, tikintisi başa çatmış bir neçə binada mənzillərin 1 kvadrat metrinin qiyməti 3000-3500 manat civarındadır. Təmirli mənzillərin qiymətləri isə daha yüksəkdir".
TİKİNTİ ŞİRKƏTLƏRİNDƏ YENİ QİYMƏTLƏR 3000 MANATDAN YÜKSƏKDİR
Hazırda "Bakı Ağ Şəhər"də bir neçə hündürmərtəbəli binanın tikintisinə başlanılıb. Tikinti şirkətləri hələ özül mərhələsində olan layihələrdəki mənzillərin 1 kavadratmetrini 2900 manatdan başlayan qiymətlər ilə təklif edirlər. Yaxşı baxışı, sahəsi, mərtbəsi olan mənzillərin 1 kvadratmetrinin qiyməti 3000 manatı keçir. Mərkəzdə və dənizə yaxın layihələrdə qiymətlər 4000 manatdan da yüksəkdir.
MƏNZİL SAHİBLƏRİ TİKİNTİ ŞİRKƏTLƏRİNƏ BAXIB QİYMƏT ARTIRIRLAR
Əmlak vasitəçiləri bildirir ki, tikinti şirkətləri qiymətləri yüksəltdikləri üçün mənzil sahibləri də qiymət artımları edirlər:
"Artıq Bakı Ağ Şəhərdə indi özülü tikilən binada 1 kavdratmetrin qiyməti 3000 manat və daha yüksəkdir. Həmin binaların tikintisi 2-3 il çəkəcək. Buna görə, yaşayışa hazır binalardakı mənzillərin 1 kvadrat metrinin 2500 - 3000 manat civarında olması normaldır. Fərq budur ki, tikinti şirkətləri 30% ilkin ödənişlə 24 və ya 36 aylıq daxili kredit təklif edirlər, hazır mənzillər isə 100% ödəniş qarşılığında satılır".
Əmlak vasitəçilərinin sözlərinə görə, mənzil təklifi azaldığından qiymətlər daha da yüksələcəkdir.
TİKİNTİ ŞİRKƏTLƏRİ BAHALAŞMANIN SƏBƏBLƏRİNİ AÇIQLAYIB
Marja.az tikinti şirkətlərindən nə üçün qiymətlərdə 500-800 manat civarında artım etmələri ilə maraqlanıb. Tikinti şirkətlərindən bildirilib ki, bunun əsas səbəbi tikinti materiallarının bahalaşması, əməkhaqqı xərclərinin və başqa xərclərin artmasıdır. Digər bir səbəb tələbin yüksək olmasıdır. Bakı Ağ Şəhərdə həyat canlandıqca daha çox insan burada yaşamağa və işləməyə can atır.
Qeyd edək ki, ötən il Bakı Ağ Şəhərin küçələri çox sakit idi, az sayda insan və avtomobil olurdu. Bu gün isə Bakı Ağ Şəhərdə həyat canlanıb - mənzillərdə yaşayanlar atıb, obyektlər icarəyə götürülüb.
Əlavə edək ki, ümumiyyətlə Bakıda mənzil qiymətləri yüksəlib və daha da yüksələcəyi gözlənilir. Bir müddət yeni layihələrin icrasının azalması ilə mənzil təklifinin düşməsi, iqtisadi aktivliyin artması ilə mənzil alanların sayının çoxalması, xarici vətəndaşların Azərbaycanda əmlak alışına maraqlarının artması, tikinti materiallarının bahalaşması qiymətləri yüksəldir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
12 d. əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
27 d. əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
51 d. əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)










