“Azərbaycan Dəmir Yolları" 1,7 milyon manatlıq “Microsoft” məhsulları aldı
“Azərbaycan Dəmir Yolları" QSC "İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması", "Müvafiq stansiyaların naqilsiz internet ilə təmin edilməsinin satın alınması", "İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması" və “Microsoft” məhsullarının satın alınması" ilə bağlı tenderləri yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkətlər müvafiq olaraq "SMARTIT" MMC, "B2B GROUP" MMC, "İNFİNİTECH" MMC və "BUZ TECH" MMC şirkətləridir.
“Azərbaycan Dəmir Yolları" "SMARTIT" MMC ilə 4 milyon 307 min manatlıq, "B2B GROUP" MMC ilə 985 min manatlıq, "İNFİNİTECH" MMC ilə 1 milyon 67 min manatlıq, "BUZ TECH" MMC ilə 1 milyon 731 min müqavilə imzalayıb.
"İNFİNİTECH" ilə bağlanmış müqavilə son nəsil yeni 360 ədəd noutbukun və aksesuarlarının satın alınmasını nəzərdə tutur. "B2B GROUP" şirkətistansiyaların naqilsiz internet ilə təmin edilməsini, "SMARTIT" MMC şirkəti isə İKT təhlükəsizlik məhsullarının və lisenziyaların yenilənməsini, BUZ TECH" şirkəti isə “Microsoft” şirkətinin "Windows 11 Pro" və "Office 365" məhsullarının ADY-yə satışını həyata keçirəcək. Ümumilikdə, ADY-nin 4200 əməkdaşın noutbuku və kompyuterinin proqram təminatı və lisenziyaları yenilənəcək.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 d. əvvəl
“01.AI” və “Sinovation Ventures” Azərbaycana gələ bilər – əməkdaşlıq imkanları müzakirə edildi
-
-
12 d. əvvəl
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 19 hərbçi dənizdə batıb, 9-u ölüb
- 15 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 34 d. əvvəl
-
35 d. əvvəl
“Paşa Həyat Sığorta” təkbaşına bazarın 46%-dən çoxunu formalaşdırıb
-
37 d. əvvəl
“Atəşgah” yığımlarını 38%-ə yaxın artırıb – Bazar payını da böyüdüb
- 38 d. əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Meqa Sığorta”da həm yığım, həm ödəniş artıb
“Qala Həyat”da ödənişlər 55% artıb
“PAŞA Sığorta” bazarın təxminən dörddəbirinə nəzarət edir- Şirkətin ödənişləri 115 milyon manatı keçib
Ən çox oxunanlar
“Paşa Həyat Sığorta” təkbaşına bazarın 46%-dən çoxunu formalaşdırıb
“Atəşgah” yığımlarını 38%-ə yaxın artırıb – Bazar payını da böyüdüb
“Atəşgah Həyat”da ödənişlər 91% sıçrayıb və yığımları keçib
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim 0174

























