Azərbaycanla Serbiya arasında saziş imzalanıb
7 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir İvitsa Daçiç arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüş zamanı, hər iki tərəf ölkələr arasında mövcud olan əməkdaşlığın müxtəlif sahələrini və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsəd və istiqamətləri hərtərəfli müzakirə ediblər. İki ölkə arasında qarşılıqlı inam və hörmətə əsaslanan münasibət çərçivəsində iki ölkənin suverenlik və ərazi bütövlüyünə verdiyi dəstək bir daha vurğulanıb.
Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşmış şəhər təcrübəsinin digər şəhərlərimiz arasında da yaradılmasının vacib olduğu bildirilib.
İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, əməkdaşlığın potensial sahələrinin müəyyən edilməsi və ümumi maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Serbiyanın müvafiq orqanlarının birgə səylərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə Cənub Qaz Dəhlizi çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və TAP birləşdirici boru kəmərləri vasitəsilə Serbiya və Balkan regionuna təbii qazın nəqli imkanlarının araşdırılması məqsədilə başlanmış ikitərəfli məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi qeyd edilib.
Görüş zamanı Serbiyadan olan şirkətlər və investorlar Ələt Azad İqtisadi Zonada, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi geniş miqyaslı bərpa işlərində iştirak etmək, eləcə də bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunub.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən Müharibəsi və ölkəmizin Zəfər qazanmasından sonra sülh prosesi və bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə həmkarını ətraflı məlumatlandırıb. Bununla yanaşı, 24 saatlıq anti-terror tədbirlərini şərtləndirən amillər və suverenliyimizin tam bərpa edilməsindən sonra bölgədə yaranmış vəziyyət diqqətə çatdırılıb.
Nazir İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdiyini, ölkələrimizin qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyin əhəmiyyəti qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sazişin imzalanma mərasimi baş tutub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
Görüşlərdən sonra nazir Ceyhun Bayramov və Xarici İşlər Nazirliyində dövlət katibi Qoran Aleksiçin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Belqradın Dostluq parkında Çinar ağacları əkiblər. Daha sonra, nazir Ceyhun Bayramov və XİN-in dövlət katibi “Taşmaydan” parkında Ulu Öndərin abidəsini ziyarət edib və əklil qoyublar
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 11 d. əvvəl
-
- 14 d. əvvəl
-
17 d. əvvəl
Əhaliyə 8 ayda 7 milyard manat ödənilib – Sosial ödənişlər 10% artıb
- 57 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycan 2030-cu ilə qədər buğda toxumu ilə təminatını 100 %-ə çatdırmaq istəyir
-
1 saat əvvəl
“PAŞA Sığorta” avqust ayında 18 milyon manatdan çox sığorta ödənişi edib
-
1 saat əvvəl
Sığorta bazarında diqqətçəkən mənzərə: Yığımlar 6%, ödənişlər 28% artıb
-
1 saat əvvəl
Azərbaycanda 200 min tonluq yeni ilkin alüminium zavodu üçün investor axtarılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xam metaldan son məhsula: Azərbaycanda alüminium ilə bağlı plan dəyişir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
İcbari əmlak sığortasında yığımlar 38% çöküb, avtomobil sığortasında ödənişlər yığımlardan 2 dəfə sürətli artıb
BOKT İsmayıllıda filialını açır
AQTA sədri: "Bu il zərərli orqanizmlə yoluxmuş 200 tondan çox toxumluq məhsulla bağlı tədbir görülüb"
Ən çox oxunanlar
Alüminium sənayesində daha bir böyük istehsal layihəsi - Kalsinasiya və anodbişirmə zavodu planlaşdırılır
İdxalı azalda biləcək 2 milyon tonluq zavod planı
Daşkəsəndə zavodlar arasında 45 kilometrlik boru kəməri çəkiləcək
Daşkəsəndə yeni Zənginləşdirmə zavodu tikiləcək


























