İcbari əmlak sığortasında yığımlar 38% çöküb, avtomobil sığortasında ödənişlər yığımlardan 2 dəfə sürətli artıb
Hər 100 manat yığıma qarşı 69 manat ödəniş – Sığorta bazarında nisbət kəskin yüksəldiAzərbaycanda sığorta bazarında 2026-cı ilin ilk 8 ayında sığorta haqlarının artımı davam etsə də, sığorta ödənişləri daha yüksək templə artıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında sığorta bazarı üzrə 1 milyard 115 milyon 394,6 min manat sığorta haqqı toplanıb. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 48 milyon 74,4 min manat təşkil etmişdi. Beləliklə, sığorta haqlarının həcmi bir il ərzində 67 milyon 320,2 min manat və ya 6,4% artıb.
Ödənişlər 170 milyon manata yaxın artıb
Sığorta ödənişlərində daha sürətli artım qeydə alınıb. 2025-ci ilin yanvar-avqustunda sığorta şirkətləri 603 milyon 414,1 min manat ödəniş həyata keçirdiyi halda, 2026-cı ilin eyni dövründə ödənişlərin həcmi 773 milyon 153,2 min manata çatıb. Beləliklə, sığorta ödənişləri 169 milyon 739,1 min manat və ya 28,1% artıb.
Nəticədə bazarda ödənişlərin toplanmış sığorta haqlarına nisbəti 2025-ci ilin ilk 8 ayındakı 57,6%-dən 2026-cı ilin eyni dövründə 69,3%-ə yüksəlib.
Başqa sözlə, ötən ilin ilk 8 ayında hər 100 manat sığorta haqqına qarşı 57,6 manat ödəniş düşürdüsə, bu il həmin göstərici 69,3 manata çatıb.
Bu nisbət sığorta şirkətlərinin mənfəət və ya zərər göstəricisi deyil. Şirkətlərin maliyyə nəticələrinə sığorta ehtiyatları, inzibati xərclər, investisiya gəlirləri və digər amillər də təsir edir.
Könüllü sığorta bazarı 902 milyon manata yaxınlaşıb
2026-cı ilin yanvar-avqustunda könüllü sığorta növləri üzrə 901 milyon 902,7 min manat sığorta haqqı toplanıb. Ötən ilin eyni dövründə bu rəqəm 798 milyon 213,3 min manat idi. Beləliklə, könüllü sığorta haqları 103 milyon 689,5 min manat və ya 13% artıb.
Könüllü sığortalar üzrə ödənişlər isə 510 milyon 739,4 min manatdan 662 milyon 491 min manata yüksəlib. Artım 151 milyon 751,6 min manat və ya 29,7% təşkil edib. Könüllü sığortalarda ödənişlərin yığımlara nisbəti 64%-dən 73,5%-ə yüksəlib.
Eyni zamanda, könüllü sığortaların ümumi bazardakı payı da artıb. 2025-ci ilin ilk 8 ayında ümumi sığorta haqlarının 76,2%-i könüllü sığortaların payına düşürdüsə, 2026-cı ildə bu göstərici 80,9%-ə çatıb.
Həyat sığortasında ödənişlər 565 milyon manatı keçib
Könüllü həyat sığortası üzrə sığorta haqları 526 milyon 765,9 min manatdan 597 milyon 276,4 min manata yüksəlib. Artım 70 milyon 510,5 min manat və ya 13,4% təşkil edib.
Ödənişlər isə daha sürətli artaraq 423 milyon 585,7 min manatdan 565 milyon 569,9 min manata çatıb. Bu, 141 milyon 984,1 min manat və ya 33,5% artım deməkdir.
Nəticədə könüllü həyat sığortasında ödənişlərin sığorta haqlarına nisbəti 80,4%-dən 94,7%-ə yüksəlib.
Yaşam sığortasında ödənişlər yığımları keçib
Bazarda ən diqqətçəkən dəyişikliklərdən biri həyatın yaşam sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə yığımlar 498 milyon 528,4 min manatdan 559 milyon 512 min manata yüksələrək 12,2% artıb.
Ödənişlər isə 419 milyon 914,2 min manatdan 561 milyon 646,6 min manata çatıb. İllik artım 33,8% təşkil edib.
Beləliklə, 2026-cı ilin ilk 8 ayında həyatın yaşam sığortası üzrə həyata keçirilmiş ödənişlər həmin dövrdə toplanmış sığorta haqlarını təxminən 2 milyon 134,6 min manat üstələyib.
Bununla belə, konkret dövrdə ödənişlərin yığımlardan yüksək olması həmin sığorta növünün zərərli olması anlamına gəlmir. Xüsusilə yaşam sığortasında əvvəlki dövrlərdə formalaşmış müqavilələr və ehtiyatlar üzrə ödənişlər cari dövrdə həyata keçirilə bilər.
Tibbi sığortada yığımlar azalıb, ödənişlər artıb
Könüllü tibbi sığorta üzrə fərqli dinamika müşahidə olunub. Sığorta haqları 2025-ci ilin yanvar-avqustundakı 101 milyon 368,2 min manatdan 2026-cı ilin eyni dövründə 96 milyon 115,3 min manata düşüb. Beləliklə, tibbi sığorta yığımları 5 milyon 252,9 min manat və ya 5,2% azalıb.
Ödənişlər isə əksinə, 58 milyon 846,9 min manatdan 63 milyon 639,2 min manata yüksələrək 8,1% artıb.
Nəticədə ödənişlərin yığımlara nisbəti 58,1%-dən 66,2%-ə yüksəlib.
KASKO-da yığımlar cüzi, ödənişlər 26%-ə yaxın artıb
Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta haqları 46 milyon 622 min manatdan 47 milyon 387,5 min manata yüksəlib. Yığımlardakı artım cəmi 1,6% təşkil edib. Ödənişlər isə 20 milyon 283,1 min manatdan 25 milyon 488,3 min manata çataraq 25,7% artıb.
Beləliklə, bu sığorta növündə ödənişlərin sığorta haqlarına nisbəti 43,5%-dən 53,8%-ə yüksəlib.
Yanğın və digər risklərdən sığortada 33%-lik artım
Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar 54 milyon 644,7 min manatdan 72 milyon 530,9 min manata yüksəlib. Artım 17 milyon 886,1 min manat və ya 32,7% təşkil edib. Ödənişlər isə 1 milyon 815,8 min manatdan 2 milyon 833,4 min manata çataraq 56% artıb.
Səyahət sığortasında sürətli artım
Xaricə səfər edən vətəndaşların sığortası üzrə sığorta haqları 4 milyon 462,4 min manatdan 6 milyon 870,1 min manata yüksəlib. Artım 54% təşkil edib. Ödənişlər isə 399,3 min manatdan 712,4 min manata yüksələrək 78,4% artıb.
İcbari sığortalarda yığımlar azalıb, ödənişlər artıb
2026-cı ilin ilk 8 ayında icbari sığortalar üzrə ciddi fərqli dinamika müşahidə olunub.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
İcbari sığorta haqlarının ümumi həcmi 249 milyon 861,1 min manatdan 213 milyon 491,8 min manata düşüb. Beləliklə, yığımlar 36 milyon 369,3 min manat və ya 14,6% azalıb.
Bunun əksinə, icbari sığortalar üzrə ödənişlər 92 milyon 674,7 min manatdan 110 milyon 662,2 min manata yüksəlib. Artım 17 milyon 987,5 min manat və ya 19,4% təşkil edib.
Nəticədə icbari sığortalarda ödənişlərin sığorta haqlarına nisbəti bir ildə 37,1%-dən 51,8%-ə yüksəlib.
İcbari avtomobil sığortasında ödənişlər 105 milyon manata yaxınlaşıb
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 118 milyon 534,2 min manatdan 131 milyon 227,5 min manata yüksəlib. Artım 12 milyon 693,3 min manat və ya 10,7% təşkil edib.
Ödənişlər isə 87 milyon 172,9 min manatdan 104 milyon 770,1 min manata çataraq 20,2% artıb. Nəticədə bu sığorta növündə ödənişlərin yığımlara nisbəti 73,5%-dən 79,8%-ə yüksəlib.
Daşınmaz əmlakın icbari sığortasında yığımlar 38% azalıb
Ən diqqətçəkən azalmalardan biri daşınmaz əmlakın icbari sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə yığımlar 63 milyon 319,1 min manatdan 39 milyon 303,2 min manata düşüb. Azalma 24 milyon 16 min manat və ya 37,9% təşkil edib.
Eyni zamanda, ödənişlər 1 milyon 784,4 min manatdan 2 milyon 955,5 min manata yüksəlib. Artım 65,6% təşkil edib.
İstehsalat qəzaları üzrə icbari sığortada 37%-lik azalma
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımlar 66 milyon 986,2 min manatdan 42 milyon 150,6 min manata düşüb. Beləliklə, sığorta haqları 24 milyon 835,6 min manat və ya 37,1% azalıb.
Ödənişlərin həcmi isə 3 milyon 603,4 min manatdan 2 milyon 856,5 min manata düşərək 20,7% azalıb.
Aqrar sığortada kəskin fərqli dinamika
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 3 milyon 499,3 min manatdan 6 milyon 711,1 min manata yüksələrək 91,8% artıb. Ödənişlər isə 388,3 min manatdan 1 milyon 373,9 min manata çataraq 3,5 dəfədən çox artıb.
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında isə yığımlar 4,6% artaraq 12 milyon 714,2 min manata çatdığı halda, ödənişlər 4 milyon 602,7 min manatdan cəmi 391,8 min manata düşüb.
Beləliklə, bitkiçilik sığortası üzrə ödənişlər 91,5% azalıb.
Bazarın əsas mənzərəsi
2026-cı ilin yanvar-avqust göstəricilərində üç əsas tendensiya diqqəti çəkir.
Birincisi, ümumi sığorta bazarında yığımlar 6,4% artdığı halda, ödənişlərin 28,1% yüksəlməsi nəticəsində ödəniş/yığım nisbəti 11,7 faiz bəndi artaraq 69,3%-ə çatıb.
İkincisi, bazardakı artım əsasən könüllü sığortaların hesabına baş verib. Könüllü sığorta haqları 13% artaraq 901,9 milyon manata yüksəlib, icbari sığorta haqları isə 14,6% azalaraq 213,5 milyon manata düşüb.
Üçüncüsü, ödənişlərdə artımın böyük hissəsi həyatın yaşam sığortasının payına düşüb. Təkcə bu sığorta növü üzrə ödənişlər bir il ərzində 141,7 milyon manat artıb ki, bu da bazar üzrə ümumi 169,7 milyon manatlıq artımın böyük hissəsini təşkil edir.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 d. əvvəl
“Paşa Həyat Sığorta” təkbaşına bazarın 46%-dən çoxunu formalaşdırıb
-
-
6 d. əvvəl
“Atəşgah” yığımlarını 38%-ə yaxın artırıb – Bazar payını da böyüdüb
- 7 d. əvvəl
- 10 d. əvvəl
-
11 d. əvvəl
“A-Qroup”un yığımları yerində sayıb, ödənişləri isə 19%-ə yaxın artıb
-
15 d. əvvəl
Azərbaycan sığorta bazarında ödənişlər yığımlardan 4 dəfə sürətli artıb
-
16 d. əvvəl
Dəmirli, Xarxar və Qaradağ yataqları üzrə hasilat planları sürətləndiriləcək
-
20 d. əvvəl
Elbəydaş yatağı minalardan təmizlənərək istismara hazırlanacaq
-
21 d. əvvəl
Azərbaycanın böyük polimetal yatağı üzrə investisiya qərarı hazırlanacaq
- 24 d. əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Paşa Həyat Sığorta” təkbaşına bazarın 46%-dən çoxunu formalaşdırıb
“Atəşgah” yığımlarını 38%-ə yaxın artırıb – Bazar payını da böyüdüb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim 0174
Ən çox oxunanlar
Elbəydaş yatağı minalardan təmizlənərək istismara hazırlanacaq
Kəlbəcərdə böyük qızıl layihəsi – Yeni zavod qurulacaq
Zəylik-Alunit yataqları üçün yeni sənaye planı
İcbari əmlak sığortasında yığımlar 38% çöküb, avtomobil sığortasında ödənişlər yığımlardan 2 dəfə sürətli artıb
BOKT İsmayıllıda filialını açır


























