Lexus LM modeli təqdim edilib- AZƏRBAYCANDA 2 VERSİYADA
(®) Lexus Polşanın Krakov şəhərində heyrətamiz LM modelini təqdim edib. Lexus LM modeli lüks, komfort, birinci sinif həyat tərzini sevən şəxslər üçün sözun əsl mənasında həzz alacaqları bir avtomobildir.
İnsanla avtomobil arasındakı dailoqu tam təbii hala çevirmək üçün yaradılan Lexus LM modeli Azərbaycanda 2 versiyada təqdim olunur.
Bunlar 2.5 litrlik hibrid mühərrikə sahib olan 7 oturacaqlı və öz seqmentində bir sıra ilkləri özündə birləşdirən 4 oturacaqlı versiyadır.
Avtomobilin eksteryerinə nəzər salsaq Lexus LM-də Lexus-un qlobal arxitekturasına xas olan GA-K platformasından istifadə olunub.
Ön radiator barmaqlılarına baxsaq burada ilk dəfə olaraq Lexus da kuzov rənginə boyanmış radiator barmaqlıqlarını görəcəyik. Kifayət qədər cəsur və eleqant görüntüyə sahibdir. Eləcə də artıq kuzovla ön raditor barmaqlıqları bir vəhdət halında dizayn edilmişdir. Avtomobilin ön faraları zərif və daha üfüqi 3 lü led proyeksiya işıqları ilə təchiz olunub. Axıcı dönmə işıqları isə avtomobilə ayrı bir gözəllik qatıb. Arxa işıqlarıda Lexus ən son avtomobillərində olduğu kimi axıcı dizayna sahibdir.
Lexus LM modelinin 4 oturacaqlı versiyasını nəzərdən keçirsək, burada inanılmaz bir sıra texnologiyalardan istifadə olunub. İçəriyə daxil olduqda sizi avtomobil istehsalında ilk olan boyük 48 düymlük HD Ultra geniş monitor qarşılayır. Monitor 3 rejimə sahibdir tam, kinoteatr və müstəqil rejim olan ekranı 2 hissəyə bölmə imkanı. Rahatlıqla bu avtomobildə siz kinoteatr abu havasını eləcə də biznes görüşlərinizini lazımı qaydada rahatlıqla keçirə biləcəksiniz.
Oturacaqların komfortu isə sizi valeh edəcək. Burada yaponiyanın takumi sənətkarları tərəfində əllə toxunan bır sıra hissələr mövcuddur. Oturacaqlar tamamilə açıla biləndir. Burada sizin bədəninizin vibrasiyalara, sallanmağa məruz qalmaması üçün bir sıra sistemlər çalışır. Lexusda ilk dəfə istifadə olunan “Arxa oturacaq komfort sistemi” avtomobildə gücün paylanmasına, avtomobilin duruşunun sabit saxlanılmasına, əyləclərin idarəsinə xüsusi nəzarət edir. Eləcə-də Lexusda ilk dəfə istifadə olunan Tezliklərə həssas Adaptik asqı sayəsində avtomobilin asqısı yola uyğun tənzimləmələr edir və içəridə möhtəşəm səs izolyasiyasını təmin edir.
Bir başka qabaqcıl texnologiya Lexus Klimat Konsirj sistemidir. Telefona bənzər tabletdə bir toxunuşla siz masaj rejimini, kabinin isıqlandırılmasını, kondisioner sisteminini,oturacağin vəziyyətini tənzimləyə biləcəksiniz. Klimat konsirj sistemində mövcud olan termal sensorlar ultra qırmızı temparatur olçümü edərək sizin bədəninizin istiliyinə uyğun olaraq əllərə ayaqlara və boyun nahiyyənizə isti və ya soyuq havanın yönləndirilməsinə qarar verir.
Avtomobil Mark Levinson premium 3D Surround səs sistemi ilə təchiz olunub. Burada 23 ədəd səsucaldan mövcuddur.
Sürücü komfortunada kifayət qədər diqqət yetirilib. Burada Tazuna kokpitində istifadə olunur. 14 düymlük monitorda sürücü avtomobilin 360 dərəcə vizualını görə bilər. Avtomobil bır sıra ən qabaqcıl təhlükəsiz texnologiyalarına sahibdir. Burada adaptiv uzaq işıqları sistemi, 3 cü nəsil Lexus təhlükəsizlik sistemi toqquşma əleyhinə sistemlər, yorğunluq xəbər edici sistem, təhlükə anında sükan dəstək sistemi və bir sıra digər təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Müştərilərin xəbərləri
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Qəbələdə “The Montis” layihəsi təqdim olunur – Mənzillər 71 kv.m-dən, villalar 257 kv.m-dən başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 12 d. əvvəl
-
-
24 d. əvvəl
McDonald’s niyə Walmart və Amazon-un ardınca reklam biznesinə daxil olur?
-
1 saat əvvəl
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq
-
4 saat əvvəl
SOCAR və “Karpowership” elektrik enerjisi üzrə böyük əməkdaşlığı müzakirə etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Yarış Bakıya milyonluq iqtisadi impuls verir – Turist xərcləri kəskin yüksəlib
- 5 saat əvvəl
-
6 saat əvvəl
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Birjasdan “AZƏRMAŞ GROUP”un istiqrazlarına "yaşıl işıq" - İllik 13%-lə 10 milyon manat toplamaq istəyir
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! ®











.png)











