Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rusiya Mərkəzi Bankı Sankt-Peterburq Birjasının iflas iddiası ilə bağlı vəziyyəti təhlil edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Mərkəzi Bankı Sankt-Peterburq Birjasının iflas iddiası ilə bağlı vəziyyəti təhlil edəcək

Rusiya Mərkəzi Bankı Sankt-Peterburq Birjasının iflas iddiası və bazar reaksiyası ilə bağlı vəziyyəti təhlil edəcək.

Marja xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Mərkəzi Bank birjanın səhmləri ilə bazar iştirakçılarının hərəkətlərini yoxlayacaq.

“Rusiya Bankı hadisəni, o cümlədən Sankt-Peterburq Birjasının qiymətli kağızları ilə bazar iştirakçılarının hərəkətlərini insayder məlumatların istifadəsi və bazar manipulyasiyasına qarşı mübarizə haqqında qanunun tələblərinin mümkün pozulması nöqteyi-nəzərindən təhlil edəcək”, – deyə Mərkəzi Bankdan bildirilib.

Xəbər verdiyimiz kimi, bu səhər Telegram kanalları Rusiyanın Sankt-Peterburq Birjasının (SPB Exchange) müflis elan edildiyi barədə xəbər yayıblar. Xəbərdə qeyd edilib ki, bu barədə Moskva Arbitraj Məhkəməsinin sənədlərində qeyd olunub. Sankt-Peterburq Birjasının qiymətli kağızları iflasla bağlı məlumatlar fonunda 34.9% ucuzlaşıb.

Sankt-Peterburq birjası bildirib ki, o, müflis olmaq üçün müraciət etməyib və sabit maliyyə vəziyyəti var.

Sankt-Peterburq birjasının səhmləri müflis olması barədə məlumatın Birja tərəfindən təkzib etməsindən sonra bərpa olunmağa başlayıb. 

ABŞ Maliyyə Nazirliyi Sankt-Peterburq Birjasını sanksiyalar siyahısına daxil edildiyini elan etdikdən sonra birja noyabrın 2-də xarici qiymətli kağızlarla ticarəti dayandırıb.

Rusiya Bankının sədri Elvira Nabiullina bildirimişdi ki, Sankt-Peterburq Birjasında aktivlərin bloklanması ən çox ixtisaslı investorlara təsir edib.

Noyabrın əvvəlində Sankt-Peterburq Birjası Amerika sanksiyalarının bloklanmasına məruz qalıb ki, bu da ticarət platformasının dollar sistemindən və bu valyutada ifadə olunan aktivlərdən tam təcrid olunması deməkdir (birjanın əsas ixtisası xarici qiymətli kağızlarla ticarətdir). Sankt-Peterburq Birjası sanksiya siyahısına daxil edildikdən sonra platformada ticarət dayandırıllb, indi investorların yalnız Rusiya qiymətli kağızları ilə əməliyyatlara çıxışı var.

27.11.2023 21:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ