Azərbaycanda 6 milyard dollarlıq layihə üzrə ilk hasilat quyusunun qazılmasına başlandı
ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlandıbp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq bildirir ki, dünən yeni Azəri Mərkəzi Şərqi (ACE) platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb. Bundan əvvəl 2023-cü ilin avqust ayında Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınmış ACE platformasının üst modullarının dənizdə bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb.
Quyunun ümumi dərinliyinin 3188 metrədək olacağı planlaşdırılır və bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay cəkəcəyi gözlənilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Biz ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq və bütün bunların əsasında bu sahədə olan təcrübəmiz, innovativ yanaşmalar, eləcə də avtomatlaşdırılmış proseslər və qabaqcıl texnologiyalardan geniş istifadə durur. ACE platformasında bu ilk hasilat quyusunu təhlükəsiz, səmərəli və qrafikə uyğun şəkildə tamamlayacağımıza inanırıq.”
Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.
ACE dənizin təxminən 140 metr dərinliyində, mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yerləşən yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platformasıdır. Bu layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.
Bundan əlavə, laya vurulan suları Mərkəzi Azəri kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında suvurma boru xətti olacaq.
ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.
Layihənin pik dövründə Azərbaycanda ACE layihəsinin tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilmişdi.
Müştərilərin xəbərləri
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Qəbələdə “The Montis” layihəsi təqdim olunur – Mənzillər 71 kv.m-dən, villalar 257 kv.m-dən başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
SOCAR və “Karpowership” elektrik enerjisi üzrə böyük əməkdaşlığı müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yarış Bakıya milyonluq iqtisadi impuls verir – Turist xərcləri kəskin yüksəlib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
-
5 saat əvvəl
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır
Birjasından “AZƏRMAŞ GROUP”un istiqrazlarına "yaşıl işıq" - İllik 13%-lə 10 milyon manat toplamaq istəyir
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! ®
Tikintidə bahalaşma sürətlənib - Avqustda xərclər 10-dən çox artıb
Faizi hər ay ödəniləcək: BFB yeni istiqraz buraxılışına icazə verdi - İllik 15% gəlir











.png)







