Azərbaycanın neft-qaz sənayesində növbəti mərhələ: GL yeni reallıq yaradır
Azərbaycanın ilk özəl enerji şirkəti GL, tabeliyindəki əməliyyat şirkəti “Taghiyev Operating Company” (TOC) tərəfindən istismar edilən “Buzovna-Maştağa” yatağında dörd yeni quyunun qazılması zamanı mühüm ilklərə imza atıb. Bununla da şirkət, Azərbaycanda quruda qazma əməliyyatlarının yeni standartlarını müəyyən edir və istismarda olan yataqların bərpası strategiyasına keyfiyyət etibarı ilə yeni yanaşma təklif edir.
Azərbaycanda quruda ilk dəfə olaraq, GL “GeoTap” sistemindən istifadə edərək yatağın lay təzyiqi, neftlə doyumluluğu, məhsuldarlığı və neftin mobilliyi haqqında əhəmiyyətli texniki məlumatların əldə edilməsinə müvəffəq olub.
Bu məlumatlar qazma və tamamlama əməliyyatları zamanı yüksək dəqiqliklə qərarların qəbul edilməsi prosesini dəstəkləməklə hər mənimsənən quyudan ilkin olaraq planlaşdırılandan iki dəfə çox hasilata nail olunmasına gətirib çıxardı. Qeyd olunan məlumatlar yataqda quyuların əsaslı təmiri və növbəti qazma əməliyyatları zamanı görülən işlərin uğurla tamamlanmasına töhfə verəcək.
Şirkət Azərbaycanda quruda 2000 metr dərinlikdə qazma əməliyyatını ən qısa müddətdə reallaşdırmaqla rekorda imza atıb. Yüksək icra göstəricisi ilə qazma işləri ilk quyuda 28 günə, ikinci və üçüncü quyuda hər biri 22 günə, dördüncü quyuda isə cəmi 18 günə tamamlanıb.
Son 30 il ərzində yataqda ilk dəfə GL-in rəhbərliyi ilə Qırmaki altı lay dəstinin alt laylarından neft əldə edilib.
Qeyd edək ki, yatağın tarixində ilk dəfə olaraq GL qazma zamanı 180 metr maili istiqamətləndirmə ilə maili qazma texnologiyasını tətbiq etməklə yanaşı neft əsaslı məhluldan istifadə edib və qazma prosesini çınqıllı süzgəç üsulu ilə tamamlayıb.
GL şirkətinin Baş icraçı direktoru Asif Zeynalovun sözlərinə görə, səriştəli idarəetmə komandası, quyuların düzgün texniki-mühəndis layihələndirilməsi, müasir texnologiyaların tətbiqi, dəqiq planlaşdırma və podratçılarla işin düzgün qurulması şirkətin üç ay əvvəl başladığı qazma layihəsinin uğurla və təhlükəsiz başa çatdırılmasına töhfə verən əsas amillərdir.
“Biz tərəfdaşlarımıza və podratçılarımıza, o cümlədən SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR AQŞ, “Halliburton”, “Weatherford”, “Baker Hughes” və digər şirkətlərə səmərəli əməkdaşlığa və uğurlu qazma işlərinə verdikləri töhfəyə görə təşəkkür edirik. Bu quyulardan əldə olunan nəticələr sübut edir ki, istismarda olan yataqlara düzgün yanaşma ilə onların istismar müddətini uzatmaq və hasilatı artırmaq üçün böyük potensial var”, - deyə Asif Zeynalov qeyd edib.
GL 2024-cü ilin ortalarına kimi müasir texnologiya və metodların tətbiqi ilə daha iki quyunun qazılmasını planlaşdırır.
Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tramp Ukraynanın ABŞ tərəfindən dəstəklənən sülh təklifini qəbul etməsi üçün son tarixi açıqladı
-
8 saat əvvəl
“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
-
8 saat əvvəl
Türkiyə şirkəti Özbəkistanın avtomobil istehsalçısının böyük hissəsini aldı
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
8 saat əvvəl
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İrşad-da Yaşıl Cümə başladı
Azərbaycan Qvineya və Liviyaya alma satmağa başlayıb
Ən çox oxunanlar
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
70%-dək endirim - Baku Electronics-də “Super Cümə” başladı!
Nərimanovda yaşamaq istəyənlər üçün 36 ayadək faizsiz, daxili kredit və ya 20 illik ipoteka fürsəti
Bank çap məhsullarının təminatı üzrə tender elan edir
Şüşə istehsalçısının nizamnamə kapitalı 144 milyon manat artırılır
Fizuli Həsənov 7-ci “Zeekr 001”i uddu
Bank of Baku-da İnsan Resurslarında robot – “HRobot” çalışır!










.jpg)







.jpg)



