“SR Group Co” və “Lynk & Co” şirkətləri saziş imzaladı - AZƏRBAYCANDA YENİ AVTOMOBİL BRENDİ
Lynk & Co "Yeni premium" seqmentdə öz yerini tutur. Yaxın aylarda Lynk & Co brendinin Azərbaycanda rəsmi təqdimat mərasimi keçiriləcək.Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan “SR Group Co” MMC-nin tərkibində olan “Aztech Autohouse” MMC Lynk & Co brendinin Azərbaycan bazarına daxil olması haqqında saziş imzalayıb.
İmzalama mərasimi “Four Seasons”otelində baş tutmuşdur.
Müqavilənin şərtlərinə əsasən, “Aztech Autohouse” MMC Lynk & Co brendinin regionda rəsmi distribütoru olacaq. Bu tərəfdaşlıq Azərbaycan istehlakçılarına avtomobil mobilliyi sahəsində qabaqcıl texnologiyalara çıxış imkanı verəcək, həmçinin Lynk & Co brendi bazarda yerli müştərilərin xüsusiyyətləri və tələbləri nəzərə alınmaqla, müvafiq modelləri təqdim edəcək.
"Yeni premium" seqmentdə öz yerini tutan Lynk & Co, Volvo təhlükəsizliyini, Avropa stilində dizaynı, qabaqcıl texnologiyası və dinamik yeni enerjisini birləşdirərək müştərilərə dəyərli və unikal təcrübələr təklif edir. "Changing Mobility Forever – Mobilliyi Sonsuzadək Dəyişmək" fəlsəfəsini mənimsəyən brend qlobal yanaşması ilə Azərbaycanda mobillik anlayışını köklü bir şəkildə yeniləməyə hazırlaşır.
“SR Group Co” MMC şirkətinin avtomobil sektorunun direktoru Toğrul Paşayev çıxışında qeyd edib: "Bu əməkdaşlıq Azərbaycana sadəcə başqa bir avtomobil brendini gətirməkdən əlavə, ölkədə yeni bir yaşam tərzi tanıtmaqdan ibarətdir. Lynk & Co-nun "Bir maşından daha artığı" fəlsəfəsi mükəmməl şəkildə bizim gözləntilərimizlə uyğun gəlir. Avtomobil həvəskarlarına sadəcə mobillikdən daha çoxunu - yenilik, əlaqəlilik və sürprizlə zənginləşdirilmiş bir təcrübə təklif edirik".
Lynk & Co Haqqında:
2016-cı ildə bazara çıxarılan Lynk & Co avtomobili şəhər həyatını əhatə edərək yeni nəsil üçün yaradılmışdır. Yeni avtomobil brendindən daha çox, Lynk & Co qlobal, açıq və əlaqəli düşüncələri ilə avtomobil sənayesini yenidən müəyyənləşdirir. Brend əsas hədəf olaraq insanları, avtomobilləri və onları əhatə edən dünyanı birləşdirən açıq platforma qurmağı seçib. Xatırladaq ki, yaxın aylarda Lynk & Co brendinin müştərilərə rəsmi təqdimat mərasimi keçiriləcək.
Xatırladaq ki, “SR GROUP Co MMC” bir sıra fərqli sektorlar üzrə müxtəlif uğurlu biznes sahələrinə sahib olduğu kimi, avtomobil sektorunda da 1996-cı ildən bu günədək davam edən böyük bir təcrübəyə malikdir. Bu sahədə sahib olduğu brendlərin Mercedes, Skoda, Changan, Leap Motor, XPENG hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış edir. Bazarda bu mövqeyini daha da möhkəmləndirməsi üçün şirkətin yeni brend olaraq Lynk & Co-nu ölkəyə gətirməsi seçimi təsadüfi də deyil.
Ünvan: Əhməd Rəcəbli 40B,
Əlaqə: *5544
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 4 saat əvvəl
-
7 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
8 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
9 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















