Volkswagen, fermerlərin etirazlarına görə zavodunda istehsalı dayandırdı
Etirazçılar əraziyə girişləri bağlayıb, işçilər işə gedə bilmirlərAlmaniyanın avtomobil istehsalçısı Volkswagen ölkənin Emden şəhərindəki (Aşağı Saksoniya) zavodunda istehsalı dayandırıb.
Marja.az xəbər verir ki, DPA agentliyinin şirkət nümayəndəsinə istinadən yazdığına görə, buna səbəb fermerlərin genişmiqyaslı etirazlarıdır.
Agentliyin məlumatına görə, etirazçılar zavod ərazisinə girişləri bağlayıb, işçilər işə gedə bilmirlər. Yanvarın 9-da istehsalın bərpa olunacağı gözlənilir.
Alman fermerlər güzəştlərin ləğvinə etiraz edirlər. Onlar Almaniyanın müxtəlif yerlərində bir neçə federal magistral yolda qovşaqları bağlayıblar. Yanvarın 15-dək Berlində böyük mitinq keçiriləcək.
Nümayişlərin səbəbi
Almaniya hökuməti bundan əvvəl gələn ilin büdcəsinə qənaət axtarmaq məcburiyyətində qalmışdı. Buna, Federal Konstitusiya Məhkəməsinin büdcədən 60 milyard avro xərclənməsini qadağan edən qərarından sonra zərurət yaranıb. Qənaət dizel yanacağına endirimlərdən və vergi güzəştlərindən məhrum olacaq fermerlərə mənfi təsir edəcək. Almaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, bu tədbir büdcəyə hər il 480 milyon avro qənaət etməyə kömək edəcək.
Yanvarın 4-də məlum olub ki, Almaniya Nazirlər Kabineti öz planlarına düzəliş etmək qərarına gəlib: müavinətlər dərhal ləğv edilməyəcək, tədricən və lakin tam həcmdə deyil. Bu, fermerləri qane etməyib, onlar etirazlarından əl çəkməmək qərarına gəliblər.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
12 d. əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
52 d. əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hesablanmış verginin 25%-i ödənilməyəcək - Sahibkarlara yeni vergi güzəşti
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 18 milyon manatlıq şüşələrin emalı layihəsi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Ən çox oxunanlar
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
Yeni proqnoz – 1 dollar 60 lirəyə çata bilər
70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
Noyabrın 25-də gözlənilən hava şəraiti
























