Azərbaycanda aviabiletlərin ucuzlaşması üçün təklif verilib - "Bir neçə hava limanı xarici şirkətlərə verilə bilər"
Bölgələrdə olan bir neçə hava limanı xarici şirkətlərin istifadəsinə verilə bilər.AZAL-ın biletlərinin baha olması ilə aparılan araşdırma nəticəsində müəyyən edilib ki, bu sahədə antiinhisar qanunvericiliyinin pozulması müşahidə edilmir.
Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AZAL ilə yanaşı, ölkədə bir sıra xarici şirkətlər də uçuşlar həyata keçirirlər və vətəndaşlar öz seçimlərində sərbəstdirlər.
"AZAL məhdud yerlərə uçur və digər ölkələrə daha çox xarici şirkətlər uçuş həyata keçirir", - deyə rəis müavini vurğulayıb.
C.Babayev əlavə edib ki, sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib:
"Regionlardakı bir sıra hava limanlarının xarici şirkətlərin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif edilib ki, yerli idarəetmə formalaşdırılmasın. Ümid edirik ki, gələcəkdə buna baxılacaq və daha aşağı qiymətli biletləri vətəndaşlar əldə edəcəklər", - deyə Cəfər Babayev qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
2 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
3 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




























