Bank hesablarına sərəncamların tətbiqi mexanizmində dəyişiklik
Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də bank hesablarına sərəncamların tətbiq mexanizmi ilə bağlıdır.
Dövlət Vergi Xidməti bildirir ki, vergi ödəyicisi öhdəliyini qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı onun bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına, yaxud eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam göndərir.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, sərəncam vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və borc məbləği vergi ödəyicisinin hesablarından hər hansı biri üzrə dondurulduqda, ödəyicinin müraciəti əsasında həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı bu barədə məlumatı vergi orqanına elektron qaydada təqdim edir. Bu halda həmin məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarında olan hesablara verilən sərəncamların vergi orqanı tərəfindən 1 iş günü müddətində geri qaytarılması təmin olunur.
Həmçinin, vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına sərəncam verildikdə və borc məbləği bu hesablardan hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 15 d. əvvəl
-
-
18 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
34 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Ən çox oxunanlar
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















