AZAL Avropanın 6 şəhəri üzrə aviabiletlərə endirim elan edir - QİYMƏTLƏR
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropanın bir sıra məşhur istiqamətləri üzrə endirim aksiyasına start verib.
Marja.az "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, təklif çərçivəsində Praqa, London, Vyana, Berlin, Barselona və Milan şəhərlərinə daha sərfəli qiymətlərlə səyahət etmək olar.
Endirimli aviabiletləri 23 yanvar–1 fevral 2024-cü il tarixlərində əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 fevral–17 aprel 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Göstərilən istiqamətlər üzrə aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir:
- Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Milan-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 299 avro təşkil edir.
- Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 349 avro təşkil edir.
- Bakı-London-Bakı: Qetvik hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti 359 avro, Hitrou hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti isə 391 avro təşkil edir.
Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
-
20 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Ən çox oxunanlar
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®

























