Johnson & Johnson şirkəti pudralarının xərçəngə səbəb olduğu iddiaları üzrə 700 milyon dollar ödəməyə razılaşdı
Kosmetika və gigiyenik məhsullar istehsal edən Johnson & Johnson şirkəti ABŞ-ın 40-dan çox ştatında, uşaq pudrası və digər talk mineralı istifadə edilən pudra əsaslı məhsullarının təhlükəsizliyi barədə istehlakçıları aldadıb-aldatmadığı ilə bağlı aparılan araşdırmaları həll etmək üçün razılığa gəlib.Johnson & Johnson şirkəti pudra (kirşan) əsaslı məhsullarına qarşı iddialarda hərtərəfli və son həll yolu tapmaq üçün müxtəlif yollar axtarmağa davam edir.
Marja.az xəbər verir ki, bunu Johnson & Johnson şirkətinin vitse-prezidenti Erik Haas bildirib.
Haas deyib ki, şirkətin talk əsaslı pudra məhsulları ilə bağlı iddiaları həll etmək üçün 42 ştatdan və paytaxt Vaşinqtondan olan baş vəkillər konsorsiumu ilə prinsipial razılaşma əldə edilib.
Digər tərəfdən, Johnson & Johnson-un Baş Maliyyə Direktoru (CFO) Cozef Volk "The Wall Street Journal"a verdiyi müsahibədə, şirkətin ştatların tələblərini yerinə yetirmək üçün 700 milyon dollar ödəməyə razı olduğunu bildirib.
Sözügedən müqavilənin şirkətə qarşı qaldırılan xüsusi iddiaları əhatə etmədiyi bildirilib. Qeyd edək ki, Johnson & Johnson şirkəti, xərçəngə səbəb olduğu iddia edilən talk əsaslı pudra məhsullarına görə 50 mindən çox məhkəmə işi üzləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 2 d. əvvəl
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
-
20 d. əvvəl
Maşın almaq istəyənlərə Xalq Bankdan sərfəli kredit – Şərtlər açıqlandı ®
-
21 d. əvvəl
54 investor “FINCA Azerbaijan”ın istiqrazlarına yatırım etdi, 3 milyon manat cəlb etdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®
54 investor “FINCA Azerbaijan”ın istiqrazlarına yatırım etdi, 3 milyon manat cəlb etdi



























