Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, ötən 3 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 7 129,3 mln. kVt·st olub.

Rüb ərzində elektrik enerjisi istehsalı İES-lərdə 6 519,2 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 161,5 mln. kVt·st artımla 439,3 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,0 mln. kVt·st artımla 170,8 mln. kVt·st. təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 14,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 89,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 67,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 371,0 mln. kVt·st (İES-lərdə 5 951,0 mln. kVt·st, SES-lərdə 420,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 92,1 mln. kVt·st (İES-lərdə 64,5 mln. kVt·st, SES-lərdə 15,4 mln. kVt·st, Günəş ES-də 12,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 656,7 mln. kVt·st təşkil edib.

Rüb ərzində elektrik enerjisinin idxalı 44,3 mln. kVt·st, ixracı isə 360,3 mln. kVt·st olub. 

Qeyd edək ki, 2024-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 442,9 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 11,8 mln. kVt·st, ixracı isə 139,8 mln. kVt·st təşkil edib.

23.04.2024 11:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ