Qlobal bazarlarda yeni rekord
Qlobal bazarlar ABŞ-ın kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatlarına diqqət yetirərkən, birjalarda yeni rekorda imza atılıb. MSCI World indeksində yeni rekord qeydə alınıb.
Qlobal fond bazarları ABŞ-ın qeyri-kənd təsərrüfatı məşğulluq və əmək haqqı məlumatlarından əvvəl rekord səviyyələrə yüksəlib. MSCI World Index ABŞ-dan bir sıra məlumatların dəstəyi ilə rekord qırıb.
Marja xəbər verir ki, Asiyada Yaponiyanın Topix indeksi də gün içi rekord səviyyəyə çatıb. Koreya səhmləri isə Samsung-un balans hesabatı ilə bahalaşıb. ABŞ fond fyuçersləri səhər saatlarında bir qədər yüksəkdir. İstiqrazlar kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatları ərəfəsində sakit qalır. ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,359 faizdir.
Bloomberg Dollar İndeksi sterlinqin möhkəmlənməsi səbəbindən 0,1 faiz geriləyib.
Bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-da məşğulluq məlumatlarının qeyri-kənd təsərrüfatı sahəsində məşğulluğun yavaşlamasını və əmək haqqı artımlarının soyumasını əks etdirəcəyi gözlənilir.
Bloomberg-in sorğusunda əks olunan gözləntilərə görə, ABŞ iqtisadiyyatı iyun ayında 191 min xalis kənd təsərrüfatı xaricində iş yeri yaradıb. Bu məlumat may ayında 272 min idi.
Orta saatlıq əmək haqqının illik 3,9% artacağı gözlənilir ki, bu da son üç ilin ən aşağı artım səviyyəsidir (Mayda illik 4,1% artmışdı). İşsizlik səviyyəsinin də 4 faiz səviyyəsində qalacağı gözlənilir ki, bu da son iki ildən artıq müddətdə ən yüksək səviyyədir. Əgər gözləntilər özünü doğrultsa, əmək bazarındakı bu tədricən soyuma FED-in bu il iki faiz endirimi etməsi ssenarisini gücləndirə bilər.
Orta saatlıq əmək haqqının aylıq 0,3% artacağı proqnozlaşdırılır. Mayda aylıq müqayisədə artım 0,4% təşkil etmişdi.
İnvestorlar sentyabr və dekabr aylarında olmaqla bu il FED-dən iki faiz endirimi gözləyirlər.
Bloomberg Economics-in iqtisadçıları, "Məşğulluqla bağlı məlumatlar FED-in səbirli olması lazım olduğunu göstərsə də, işsizlik nisbətindəki artım FED-i tələsdirə biləcəyindən xəbər verir. Biz inanırıq ki, FED sentyabr iclasında faiz dərəcələrini azaltmağa başlamaq üçün daha çox sübut əldə edəcək", - deyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
7 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
7 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 9 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
