Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
Dizel traktorlara rəqib gəlir – 12 saat işləyən elektrikli traktor istehsal olunacaq. Fransa şirkət 300 kilometr yol gedən elektrikli traktor hazırlayıb: 2 saata doldurulur, 12 saatadək işləyir. 160 at gücü, 300 kilometr məsafə – Yeni elektrikli traktorun göstəriciləri açıqlandıb.Fransanın “Seederal” şirkəti özünün hazırladığı elektrikli traktorun sınaqlarını davam etdirir və 2028-ci ildə seriyalı istehsala keçməyi planlaşdırır.
Marja xəbər verir ki, yeni traktorun 160 at gücünə malik olacağı, bir dəfə enerji ilə doldurulduqdan sonra iş şəraitindən asılı olaraq 6–12 saat işləyə biləcəyi bildirilir.
Avropada kənd təsərrüfatı texnikasının elektrikləşdirilməsi istiqamətində işlər sürətlənir. Elektrikli traktor istehsalçıları dizel mühərrikli texnikalara alternativ yaratmaq üçün məhdud yürüş məsafəsi və uzun enerji doldurma müddəti kimi əsas problemlərin həlli üzərində çalışırlar.
Bu istiqamətdə fəaliyyət göstərən şirkətlərdən biri Fransanın “Seederal” startapıdır.
Şirkət elektrikli traktorunun hazırlanması istiqamətində dörd il ərzində 600 saatdan çox sınaq həyata keçirib. Texnikanın son versiyasının hazırlanması zamanı 100-dən çox fermerin rəyi və təklifləri nəzərə alınıb.
Bir dəfə enerji ilə doldurulduqda 300 kilometrədək yol gedə biləcək
“Seederal”ın hazırladığı elektrikli traktor 160 at gücünə malikdir. Texnikanın bir dəfə enerji ilə doldurulduqdan sonra görülən işin növündən və istismar şəraitindən asılı olaraq 6–12 saat işləməsi hədəflənir. Şirkətin açıqladığı məlumatlara görə, traktor tam yüklənmiş qoşqu ilə 300 kilometrədək məsafə qət edə bilər. Bununla belə, 300 kilometrlik göstərici texnikanın hərəkət məsafəsini ifadə edir və onun tarlada fasiləsiz işləmə müddəti ilə eyniləşdirilməməlidir.
Akkumulyator 2 saata doldurula biləcək
Elektrikli traktorun əsas xüsusiyyətlərindən biri sürətli enerji doldurma imkanıdır. Texnikanın akkumulyatorunun standart enerji doldurma avadanlığı ilə 8–10 saat ərzində tam doldurulması nəzərdə tutulur. Sürətli enerji doldurma sistemindən istifadə olunduqda isə bu müddət təxminən 2 saata qədər azalır.
İlk traktorlar 2028-ci ildə fermerlərə təhvil veriləcək
“Seederal” elektrikli traktorların real kənd təsərrüfatı şəraitində sınaqlarını davam etdirir. Şirkət paralel olaraq texnikanın sertifikatlaşdırılması və seriyalı istehsala hazırlanması üzərində işləyir.
Planlara əsasən, ilk elektrikli traktorların 2028-ci ildən fermerlərə təhvil verilməsinə başlanılacaq.
Traktorun satış qiyməti hələ açıqlanmayıb
Elektrikli kənd təsərrüfatı texnikalarının inkişafı dizel yanacağından asılılığın azaldılması, enerji xərclərinin optimallaşdırılması və kənd təsərrüfatında daha ekoloji texnologiyaların tətbiqi baxımından yeni imkanlar yarada bilər.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
6 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
6 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
6 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
6 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
7 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

























