Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı

Apple-ın 400 əməkdaşı OpenAI-yə keçib – İki nəhəng arasında qarşıdurma
iç səhifə xəbər başlığı altı (mobil)_31
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
iç səhifə xəbər şəkil altı (mobil)_32

“OpenAI” şirkəti texnologiya nəhəngi “Apple”a qarşı məhkəmə iddiası qaldıraraq onu kommersiya sirlərini oğurlamaqda və elektron cihaz komponentlərinin təchizatçılarını “OpenAI”nin gələcək cihazlarının hazırlanmasında əməkdaşlıqdan çəkindirməkdə ittiham edib.

Marja.az xəbər verir ki, bu addım “Apple”ın daha əvvəl öz texnologiyalarına çıxış əldə etmək məqsədilə əməkdaşlarını işə cəlb etməkdə ittiham etdiyi “OpenAI”yə qarşı məhkəmə iddiası qaldırmasından sonra atılıb.

Reklam_3_11

ChatGPT-nin yaradıcısı olan “OpenAI” cümə günü Kaliforniya federal məhkəməsinə qarşılıqlı iddia təqdim edərək “Apple”ın məşğulluq siyasətinin işçiləri şirkətə bağlamağa və onların rəqib şirkətlərin texnologiyaları üzərində işləməsinin qarşısını almağa yönəldiyini bildirib.

“OpenAI” məhkəməyə təqdim etdiyi sənədlərdə süni intellektlə təchiz edilmiş fərdi elektron cihazlar hazırladığını və bu məhsulların “Apple”ın öz fəaliyyət sahəsi hesab etdiyi bazarda onu rəqabətdə geridə qoya biləcəyini qeyd edib.

“APPLE” MƏXFİ MƏLUMATLARI ƏLDƏ ETMƏKDƏ İTTİHAM OLUNUR

“OpenAI” iddia edir ki, “Apple” şirkətdə altı ay çalışmış keçmiş əməkdaşını yenidən işə qəbul etməklə məxfi məlumatlar əldə edib. Həmin əməkdaş bu müddət ərzində yeni cihazla bağlı konkret məlumatlara, eləcə də “OpenAI”nin gələcək elektron cihazlarının inkişaf planlarına çıxış əldə edib.

“Hadisələrin başvermə ardıcıllığını nəzərə alsaq, indi belə görünür ki, həmin sənədləri oğurlamaq onun əvvəldən OpenAI-yə qoşulmasının səbəbi ola bilərdi”, – şirkət bildirib.

“Apple” yenidən işə qəbul etdiyi əməkdaş vasitəsilə “OpenAI”nin məxfi məlumatlarına çıxış əldə etməsi, həmçinin süni intellekt əsaslı cihazların istehsalı sahəsində rəqabəti məhdudlaşdırmağa çalışması barədə ittihamları rədd edib.

“OpenAI-nin qarşılıqlı iddiaları Apple-ın məhkəmə iddiasının mahiyyətindən diqqəti yayındırmaq üçün açıq-aşkar bir cəhddir”, – “Apple”ın cümə günü yaydığı açıqlamada bildirilib.

İKİ TEXNOLOGİYA NƏHƏNGİ ARASINDA GƏRGİNLİK ARTIR

Süni intellekt məhsullarının hazırlanması üzrə yarışın sürətlənməsi, yüksək ixtisaslı mütəxəssislər və şirkətlərə məxsus texnologiyalar uğrunda rəqabətin güclənməsi iki texnologiya şirkəti arasında gərginliyi artırıb.

“Apple” iyul ayında “OpenAI”yə, eləcə də keçmiş əməkdaşları Tanq Tan (Tang Tan) və Çanq Liuya (Chang Liu) qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkət onları “OpenAI”nin istehlak elektronikası bazarına daxil olmasına kömək etmək məqsədilə kommersiya sirlərini qanunsuz mənimsəməkdə ittiham etmişdi.

“Apple”da 24 il çalışmış, iPhone və Apple Watch məhsullarının dizaynı üzrə vitse-prezident vəzifəsini tutmuş Tanq Tan süni intellekt əsaslı cihazlar hazırlayan “io Products” startapının yaradıcı komandasında yer alıb. Sözügedən startap 2025-ci ildə “OpenAI” tərəfindən satın alınıb.

“OpenAI” və keçmiş “Apple” əməkdaşları bu ittihamları rədd edərək bildiriblər ki, “Apple”ın məhkəmə iddiası Çanq Liunun şirkətdən ayrılmasından sonra onun şəxsi yazışmalarının icazəsiz izlənilməsinə əsaslanır.

“OpenAI”, eləcə də Tan və Liunun vəkilləri cümə günü məhkəməyə təqdim edilmiş sənədlərlə bağlı şərh sorğusuna dərhal cavab verməyiblər.

“APPLE”IN 400 ƏMƏKDAŞI “OPENAI”YƏ KEÇİB

“OpenAI” məhkəməyə təqdim etdiyi sənədlərdə “Apple”ı əməkdaşlarını şəxsi Apple cihazları və hesabları vasitəsilə işləməyə təşviq etməkdə, daha sonra isə onlar başqa şirkətə keçərkən iş və şəxsi hesablarını qaydalara uyğun şəkildə ayırmalarına mane olmaqda tənqid edib.

“OpenAI”nin iddiasına görə, “Apple” keçmiş əməkdaşları şirkətdən ayrıldıqdan sonra da onların şəxsi cihazlarına və hesablarına çıxış əldə etməkdə davam edir. Bu isə şirkətə rəqiblərinin sıralarına qoşulan əməkdaşlarını izləmək və onları hüquqi tələyə salmaq imkanı verir.

“OpenAI” bildirib ki, indiyədək “Apple”ın 400 əməkdaşı şirkətdən ayrılaraq “OpenAI”yə keçib. Onun iddiasına görə, “Apple” digər əməkdaşlarını da şirkətdən ayrılaraq başqa texnologiya şirkətlərinə keçməkdən çəkindirmək istəyir.

OpenAI Apple OpenAI Apple məhkəmə iddiası OpenAI Apple qarşıdurması Apple kommersiya sirləri OpenAI kommersiya sirlərinin oğurlanması Apple məxfi məlumatlar OpenAI yeni cihazı OpenAI süni intellekt cihazları ChatGPT cihazı OpenAI hardware Apple OpenAI lawsuit OpenAI countersues Apple Apple əməkdaşları Apple-dan OpenAI-yə keçən əməkdaşlar OpenAI 400 Apple əməkdaşı Tang Tan Chang Liu io Products süni intellekt cihazları bazarı istehlak elektronikası texnologiya nəhəngləri arasında rəqabət süni intellekt uğrunda mübarizə Apple xəbərləri 2026 OpenAI xəbərləri 2026 texnologiya xəbərləri.
28.11.2026 14:24
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19