Rusiya: Hindistan neft ixracatında bizim əsas bazarımız oldu
Rusiya Baş nazirinin müavini Aleksandr Novak 2023-cü ildə Hindistana neft nəqlini əvvəlki ilə nisbətən iki dəfə artırdıqlarını qeyd edərək, "Hindistan əsas bazarımıza çevrilib. Bu gün Hindistan enerji sahəsində əsas tərəfdaşlarımız arasındadır" deyib.Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında paytaxt Moskvada keçirilən görüşlərdən sonra dövlət kanalı “Rossiya-1”ə açıqlama verib.
Marja xəbər verir ki, Rusiyanın 2022-ci ildə Hindistana 45 milyon ton neft göndərdiyini qeyd edən Novak, "Keçən il neft nəqli həcmini iki dəfə artıraraq 90 milyon tona çatdırdıq. Bu da Hindistanın ümumi neft idxalının 40 faizinə bərabərdir" deyib.
Hindistanın Rusiya neft sənayesində əhəmiyyətli bir yerə sahib olduğuna diqqət çəkən Novak, "Hindistan neft ixracında əsas bazarımıza çevrilib. Bu gün Hindistan enerji sahəsində əsas tərəfdaşlarımız arasındadır. 2021-ci ildə cəmi 5 milyon ton neft göndərmişikdik. Bunun müqayisədə nəql 20 qat artıb", bildirib.
Novak açıqlamasında Rusiya neftinin alınması üçün Hindistanla uzunmüddətli müqavilə üzərində çalışdıqlarını bildirib.
Rusiya ilə Hindistan arasındakı ticarət həcmi, xüsusilə enerji qaynaqlarının payının artması ilə keçən il əvvəlki ilə nisbətən 60% artaraq 65 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
18 d. əvvəl
“PAŞA Bank” yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Hörmüz boğazında neft tankeri vurulub
Mebel idxalı təxminən 20% azalıb
Xaricdən geyim alışında azalma
Ən çox oxunanlar
Sentyabrın 19-da gözlənilən hava şəraiti
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
























