OPEC neftə tələbatın artması üzrə proqnozlarını aşağı saldı
OPEC bu il üçün qlobal neft tələbi proqnozunu əvvəlki proqnozu ilə müqayisədə gündəlik 135 min barel azaldıb. Qlobal neft tələbinin bu il ötən ilə nisbətən gündəlik 2 milyon 110 min barrel artaraq 104 milyon 320 min barrelə çatacağı gözlənilir. Qlobal tələbatın 2025-ci ildə isə gündəlik 1 milyon 780 min barrel artaraq 106 milyon 110 min barrelə çatacağı gözlənilir. Bu artım OPEC-in ötən aykı hesabatında proqnozlaşdırdığı artımdan gündəlik 65 min barel aşağı olub.Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin əvvəlindən bəri ilk dəfə olaraq neftə tələbatın artımı ilə bağlı proqnozunu dəyişib - 2024-cü il üçün neftə tələbatın artımı proqnozu gündəlik 135 min barel, 2025-ci il üçün isə 65 min barel azaldılıb.
Marja xəbər verir ki, bu, OPEC-in avqust hesabatında deyilir.
Təşkilatın proqnozuna görə, 2024-cü ildə neftə tələbat gündəlik 2,1 milyon barel, 2025-ci ildə isə 1,8 milyon barel arta bilər. Mütləq ifadədə neftə tələbat 2024-cü ildə gündəlik 104 milyon 320 min barelə, 2025-ci ildə isə 106 milyon 110 min barelə çata bilər.
Təşkilat izah edib ki, proqnozun azalması birinci rübdə və qismən də ikinci rübdə neft bazarının vəziyyəti ilə bağlı cari məlumatların təhlili, həmçinin 2024-cü ildə Çində neftə tələbatın zəifləməsilə ilə bağlıdır.
Bununla yanaşı, OPEC, OPEC+dan kənar ölkələrdən neft hasilatının artımı proqnozunu saxlayıb. Təşkilatın gözlədiyi kimi, 2024-cü ildə bu rəqəm 1,2 milyon barel artaraq 53 milyon barel, 2025-ci ildə 1,1 milyon barel artaraq 54,1 milyon barel olacaq.
OPEC+ məlumatlarına görə, 2024-cü ildə OPEC+ xaricində neft tədarükünün artımında liderlər ABŞ, Kanada və Braziliya, 2025-ci ildə isə eyni ölkələr və Norveç olacaq. Eyni zamanda, tədarükdə ən böyük azalma Anqoladan gözlənilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
-
14 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)






.jpg)




.jpg)






